Nədən Şeytana Baş əyirik?

Toylardan başlanan faciələrimiz...- II Hissə

  • News Code : 323533
  • Source : modern
Məhəmməd Peyğənbər (s): “...Ey qadın, açıq-saçıq bir qiyafətdə çoxlu kişi əylənən bir kef məclisinin ortasından keçsən, elə bil ki, həmin kişilərin hamısı ilə əlaqədə olmusan”...

I-ci hissəyə keçmək istəyənlər aşağıdakı linki tıklaya bilərlər:

http://abna.ir/data.asp?lang=13&id=322537

İstəkli oxucular, yazınin birinci hissəsində şadlıq məclislərimizdə yol verdiyimiz dörd əsas günahdan bəhs etmişdim. Bunlardan birincisi valideynlərimizin öz övladlarına ömür-gün yoldaşı seçərkən Allahın buyurduğu halalllıq qaydalarına əməl etməməsi, ikincisi xeyir məclislərinə xərclənən pulların halal-haramlığına diqqət edilməməsi, üçüncüsü toydan bir gün əvvəl bəy və gəlinə haram içkinin və qumarın müşayiəti ilə xeyir-dua(?) verilməsi, dördüncüsü isə masaların haram içkilərlə bəzənməsi idi... Söhbətimizin bu hissəsində şadlıq günlərimizdə əksəriyyətin təəssüf ki, biganə qaldığı daha beş günah əməldən bəhs edəcəyik... Sizdən xahişim budur ki, yazını diqqətlə oxuyub iradlarınızı, suallarınızı bildirməkdə tənbəllik etməyəsiniz. Bu, hər birimiz, bütövlükdə xalqımız üçün çox önəmli mövzudur...

...Beşincisi, toy-nişan məclislərində cürbəcür haram xörəklərdən – donuz ətindən, kolbasalardan, necə kəsildiyi bəlli olmayan toyuq məhsullarından və s. istifadə edilir. Allah-təala Qurani-Kərimdə buyurur:”Ölmüş heyvan əti, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş heyvanın əti sizə haram edildi”(Əl-bəqərə, 173)...

Altıncısı, toyda-nişanda gəlin ötən sayda təsvir etdiyim kimi, açıq-saçıq geyindirilərək onlarla, yüzlərlə kişinin gözü qarşısında əyləşdirilir... Peyğəmbərimiz(s) bir hədisində belə söyləyir: “Milçəklər əti nə cür murdarlayırsa, açıq bədənli qadınlara dikilən nəzərlər də onları elə murdarlayır”...

Yaradan Quranın Nur surəsinin 31-ci ayəsində Peyğəmbərimizə xitabən buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar, ayıb yerlərini zinadan qorusunlar; öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol-ayaq və s.) naməhrəmə(yad kişilərə) göstərməsinlər”...

İllər öncə Maştağadakı yas mərasimlərindən birində mollanın nəql etdiyi bir ibrətamiz hekayət heç yadımdan çıxmır: Uzun illər övladı olmayan bir qadın Yaradana dua edir ki, ya Rəbbim, mənə bir övlad yetir, onun nəcisini yeyəcəyimə və yad bir kişi ilə əlaqədə olacağıma and içirəm... Vaxt-vədə yetişir, qadının övladı olur. Amma o, Allaha verdiyi vədləri yerinə yetirməkdən çəkinir. Məcbur olub Peyğəmbərimizin(s) yanına məsləhətə gedir. Həzrəti Rəsul(s) buyurur ki, ey qadın, boynun, çiyinlərin, qolların, sinən, ayaqların kürəyin görünəcək açıq-saçıq qiyafətlə yad kişilər əylənən bir məclisin ortasından keçsən, elə bil ki, həmin kişilərin hamısı ilə əlaqədə olmusan... Sələmə götürdüyün və ya verdiyin pulla bir tikə çörək al ye, sanki nəcis yemisən”...

Yaradan digər bir ayəsində hökm edir: ”Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin xanımlarına de ki, bir iş üçün çölə çıxanda öz saçlarını örtsünlər. Bu, onların tanınması və incidilməmələri üçün əlverişlidir(Əhzab, 59)”...

Qəribədir, valideynlərin çoxu gəlinlərinin, eləcə də gündəlik həyatda qızlarının açıq-saçıq geyinməsinin milli adət-ənənələrimizə zidd olduğunu, biabırçlığını dərk etsələr də, “modanın”, “müasirliyin” basqısı altında şüurlu şəkildə bu cür geyimlərə razılıq verirlər. Açıq-saçıq geyinən bəzi cavan xanımların söylədiyinə görə, özləri uzun, örtülü geyinmək istəsələr də, ərləri icazə vermir, deyirlər ki, mini geyin, dar geyin və s. ... Bu Azərbaycan, müsəlman kişisinin faciəsidir... Bu, kafirlərin qələbəsidir...

“Filankəs gəlinini kürəyi açıq geyindirmişdi”, “bəhmənkəsin qızı mini yubka geyinir”, “filan qohumun arvadı dar cins geyinir, mən də belə geyindirməsəm, camaat gülər, deyərlər geridəqalmışdı” və s. kimi bəsit, nadan düşüncələr hətta 60-70 yaşlı ağsaqqallarımıza(?!), ağbirçəklərimizə(?!) də hakim kəsilməyə başlayıb... Bu, bir həqiqətdir ki, “atəşkəs” dövründə ağsaqqallığımız, ağbirçəkliyimiz də tənəzzülə uğrayıb..

Azərbaycanın görkəmli ziyalılarından(!) hesab edilən şair Nəriman Həsənzadə bir neçə il öncə “Space” telekanalındaki çıxışında qızlarımızın, qadınlarımızın dar şalvarlar, açıq-saçıq libaslar geyinməsini müasirlik əlaməti, həm də bu cür geyinən xanımın nəsil-nəcabətinin gözəlliyinin nümayişi kimi qələmə verərək bu antimilli, Allaha zidd davranışlara haqq qazandırdı... Xalqın ziyalısı(?!), şairi belə deyirsə. adi insanları başa salmaq çətin olar...

Ay əzizlərim, amerikanlar, iingilislər, fransızlar, ermənilər, yəhudilər, almanlar və digərləri üçün qızlarının, gəlinlərinin öz bədənlərini yad kişilərin qarşısında nümayiş etdirməsində eyib, başalçaldıcı heç nə yoxdur. Hətta Nəriman müəllim kimi bunu özlərinə şərəf bilirlər... Qızlarının, bacılarının bakirəliyinin 13-14 yaşlarında pozulması normal hal hesab edilən millətlər üçün, əlbəttə, belə şeylər fərq etməz... Bəlkə bu “müasirliyi” də kütləvi şəkildə qəbul edək?.. Bəlkə oturasız evdə, qızlarınız, xanımlarınız striptizlə pul qazansın, siz də onların hesabına “iks-5” alasız?.. Nə deyərsiz, hə, ey “müasir” atalar, ərlər?!.

Yeddincisi, şəriətdə bir-birinə naməhrəm(yad) kişi və qadınların toy-nişan məclislərində birgə iştirakı da haram sayılır. İndiki məclislərdə nəinki onlarla, yüzlərlə qadın və kişi biri-birinə qarışır. Yarıçılpaq, əcaib geyimli qızlar, qadınlar naməhrəm oğlanlarla, kişilərlə üz-üzə bayağı “müasir” musiqi sədaları altında cin kimi atılıb-düşürlər... Bəzi toylarda hətta murdar göbək rəqsi də oynayırlar... Oğlanın, kişinin sərxoş, nəşəli vəziyyətdə istədiyi xanımın bədəninə toxunmasına şərait yaradan intim - “medlenni” rəqslər artıq kənd toylarına da sirayət edib…

Səkkizincisi, bir-biri ilə yersiz bəhsəbəsdən meydana gələn, hətta kasıbların toylarında belə, özünü göstərən israfçılıq da Allah qarşısında ağır günahlardan biridir. Ətrafımızda minlərlə insanın: ahılın, ağbirçəyin, uşağın aylarla ətə, mer-meyvəyə həsrət qaldığı, zibilliklərdən çörək qalıqları topladığı bir vaxtda özünü göstərmək xatirinə sonradan xeyli hissəsi artıq qalıb zibilliyə atılacaq çeşid-çeşid yeməklər, içkilər vermək harınlıq, imansızlıq əlamətidir. Uca Yaradan öz kitabında buyurur:”... Həqiqətən mallarını əbəs yerə sola-sağa səpələyənlər Şeytanın qardaşlarıdır”(Əi-İsra, 27)...

Doqquzuncusu, dövlət atributlarımızdan olan manatımıza, bayağı, təhqiredici münasibət də şadlıq məclislərimizdə yol verilən böyük xətalardan biridir... Bir də görürsən ki, özgə vaxt “qəpiyə güllə atan” kasıbın biri sərxoş vəziyyətdə atılıb düşə-düşə bir dəstə manatlığı cırıb camaatın başına səpir, sonra da bütün atlananlar sanki öz milli pullarını ayaqlayıb əzməkdə yarışa girirlər...

Bir yandan sevinirəm ki, yaxşı ki, hökumətimiz 15 il ayaqlar altda tapdatdıqdan sonra üzərində ulu şəxsiyyətlərimiz – Nizami Və Məhəmməd Əminin əksi olan əskinazları dövriyyədən çıxardı. Amma bu gün də Azərbaycan Respublikasının xəritəsi tapadanır, təhqir edilir. Sonra da deyirik ki, pulumuzun bərəkəti yoxdur...

Toylarımız ailələrimizin bünövrəsini qoyur. Ailələlər isə kiçik dövlət olaraq cəmiyyətin, ölkənin hüceyrəsi timsalındadır. Toy-nişan məclisləri də bu hüceyrələrin, yəni ailələrimizin nüvəsidir...Hüceyrənin nüvəsi xəstə olarsa, hüceyrə də xəstə olar, onun çoxalması, ondan sağlam, cavan hüceyrələr törəməsi ehtimalı da azalar.. .Hüceyrənin –ailənin xəstəliyi bütövlükdə bədənin – cəmiyyətin, millətin, ölkənin, dövlətin xəstəliyi, inkişaf etməməsi deməkdir. Odur ki, bu cür problemləri qaldırmaq və həllinə təsir göstərmək yalnız bir neçə yazarın, qəzetin, internet nəşrinin işi deyil, dini qurumlarımızın, dövlətimizin başında duranların, özünü xalq tərəfindən seçilmiş hesab edənlərin, əllərində maliyyə, informasiya rıçaqları olan, bu torpağın, bu xalqın çörəyini yeyən ixtiyar sahiblərinin vəzifəsidir...

Hörmətli şeyximizin, axundların, hacıların, məşədilərin, özünü bu millətin ağsaqqalı, ziyalısı, təəssübkeşi hesab edən şairlərin, yazıçıların, alimlərin, millət vəkillərinin yadına salıram ki, dinimizin- İslamın qarşıya qoyduğu əsas vəzifələrdən biri də əmr-bə-məruf (yaxşı əməllərə dəvət) və nəhy-əz-münkərdir(pis əməllərdən çəkindirmək)...

Ağızdolusu inkişafdan, inteqrasiyadan, innovasiyadan, Baloniya sistemindən – qloballaşmadan danışırıq, ancaq 14 əsrlik dinimizin əsas dəyərlərinin unutmaqdayıq. İmam Hüseyn əleyhissəlamın uğrunda şəhid olduğu əmr-bə-məruf və nəhy-əz-münkərə əməl olunmamasındandır ki, faciə və bəlalarımız əsrbəəsr artır...

Deyirik ki, sovet dövründə müstəqil deyildik, İslama çoxlu yasaqlar var idi. Bəs bu gün müstəqiliksə, azadıqsa, ruhani idarələrinin, dövlətimizin başında duranlar, tanınmış ağsaqqal və ziyalılar kimdən və nədən çəkinirlər?!. Niyə Qurana – Allah kitabına and içib onda buyurulanlara əməl etmir və cəmiyyətə doğru yolu təlqin etmirlər?..

Əsl həqiqqəti Allah bilər. Ancaq Allah kitablarının, Peyğəmbər hədislərinin, imam kəlamlarının məntiqinə əsasən belə düşünürəm ki, son yüzilliklərdə başımıza gətirilən ictimai, milli şəxsi faciələr, müsibətlər, eləcə də 1988-ci ildən törədilən soyqırım və işğallarda öz günah və xətalarımızın, o cümlədən toylarımızda etdiklərimizin payı böyükdür...

Toy- qarşılıqlı sevgi, məhəbbət bayramıdır. Allah həmişə yurdumuza, ocaqlarımıza toy, şənlik nəsib etsin. Ancaq gəlin dünya – ailə, övlad, pul, ev, maşın, vəzifə və s. sevgisində həddi aşıb Allah sevgisini unutmayaq. Allahı sevərək onun müəyyən etdiyi hədləri aşmayaq ki, O da bizi sevərək həm dünyada, həm də Axirətdə səadətə yetirsin. Unutmayaq ki, “Allah həddi aşanları sevməz”(Əl-bəqərə, 190)...

 

e-mail: slacin1992@rambler.ru

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib