Xalqa Xitmət Ya Şəxsi Məlumatları Mənimsəmək?

Pasportlar nə üçün dəyişir və ya nəyi dəyişir?

  • News Code : 322338
  • Source : Haqq Yolu
Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Milli Məclisin iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. İlk olaraq layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deputatlara məlumat verib.

Təklif olunan dəyişikliklərə əsasən, ümumvətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir. Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.

Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

Qanuna dəyişikliklər 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul olunub. O.M.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib