Terrorçulara Dəstək Çıxanlar

Azərbaycanda vəhhabilərə məmur dəstəyi

  • News Code : 322155
  • Source : Fakt xeber
İ.Əhədli: "Onarın cinayətlərinin cəzasını şərlənərək həbsə atılan saf, məsum, xalqına, dininə sadiq qalan din alimlərimiz çəkirlər"

Əhli Beyt -ABNA- xəbər agentliyi- Vəhhabilik 20 ildən artıqdır ki, Azərbaycana ayaq açıb. Bu isə ölkəmizin müstəqillik qazandığı vaxtlara təsadüf edir. O vaxtlar ən müxtəlif dini təriqətlərin ölkəyə axını başlamışdı. Çox keçmədi ki, din azadlığından istifadə edən çoxsaylı qeyri-ənənəvi dini icmalar dövlət qeydiyyatına da alındılar. Doğrudur, vəhhabilərin qeydə alınması barədə məlumat verilməyib. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan sabiq sədri Hidayət Orucovun məhz vəhhabilərin qeydiyyatını gizlətdiyi üçün istefaya göndərildiyi haqda informasiya yayıldı. Və bununla da istər ölkə ərazisində, istərsə də sərhədlərimizdən kənarda xeyli terror aktı törədən vəhhabilərin dəstəklənməsi məntiqi təsdiqini tapdı. Eyni zamanda məlum oldu ki, ənənəvi dinlərin, dini qurumların fəaliyyətinin məhdudlaşdılılması, təzyiqlərlə üzləşməsi ilə vəhhabilərə dəstək göstərilməsi arasında əlaqə mövcuddur.

Məsələyə münasibətini açıqlayan Azərbaycan İslam Partiyası (AİP) sədrinin birinci müavini İnqilab Əhədli əvvəlcə vəhhabiliyin ümumi İslam dünyası, Azərbaycan xalqı və dövlətçiliyi üçün hətta düşmən Ermənistandan daha təhlükəli olduğunu vurğuladı. Və dedi ki, işğalçı ermənilər bizə düşmən olduqlarını açıq şəkildə bəyan edirlər. Amma gizli zərbə vurduğu üçün din pərdəsi altında fəaliyyət göstərən vəhhabilik daha böyük fəlakətdir: “AİP yarandığı gündən, konkret desək, 20 ildir ki, bununla bağlı həyəcan təbili çalır. Hətta bundan ötrü bizi təqib və təzyiqlərə məruz qoyublar. Nəticədə isə vəhhabilərin açıq fəaliyyətinə şərait yarandı. Ən acınacaqlısı da odur ki, əgər belə demək mümkünsə, həmin təriqət - əslində din düşməni - orduya da öz təsirini göstərdi; bir neçə zabit vəhhabiliyi təbliğ etdi. Bakı merinin oğlu, Konstitusiya Məhkəməsinin keçmiş məsul işçisi İsfəndiyar Abutalıbovun da, Şəki Apellyasiya Məhkəməsinin artıq sabiq sədrinin sürücüsünün də həmin təriqəti dəstəklədiyi məlum oldu. Belələrinə o qədər sərbəstlik verildi və bəzi məmurlar tərəfindən dəstəkləndilər ki, sonda yüksək çinli MTN zabitini də qətlə yetirdilər, Qazax rayonunda bir neçə polisi öldürdülər”.

“Görünür, dövlət artıq səhvini – öz düşmənini qidalandırdığını başa düşür” deyən Əhədlinin sözlərinə görə, vəhhabiliyə meydan verilməsi, onların fəaliyyətinə şərait yaradılması, H.Orucovun həmin təriqəti qeydə aldığı halda, hesabatda göstərməməsi çox mətləblərdən xəbər verir: “O, öz şəxsi istəklərini həyata keçirmək üçü bu məsələdən sui-istifadə edib. Amma qurumun ilk sədri Rafiq Əliyevin dövründə baş verən proseslər vəhhabilərin hələ onun zamanında dəstəkləndiyini göstərir. Doğrudur, vəhabilərin fəaliyyətinin və onlara dəstək verənlərin kimliyinin araşdırılması gecikmiş addımdır. Belə ki, artıq vəhhabilər quduzlaşıblar. Amma hər halda ziyanın yarasından qayıtmaq, onlara dəstək verənlərin adlarını açıqlamaq da əhəmiyyətlidir”.

Bəs vəhhabilərin fəaliyyəti, hakimiyyət dairələri tərəfindən dəstəklənməsi nə kimi zərər vurdu? Saf, məsum, xalqına, dininə, dövlətçiliyə sadiq qalan ictimai-siyasi xadimlərimizin, din alimlərimizin şərlənərək həbsxanalara atıldıqlarını əsas gətirən İ.Əhədli dedi ki, vəhhabilərin cinayətlərininin cazasını Azərbaycanın qaymaqları olanadamlar çəkirlər: “Ənənəvi İslam davamçılarının təzyiqlərlə üzləşməsi məhz belə yararsız tör-töküntülərə – vəhhabilərə şərait yaradır. Yəni hüquq-mühafizə orqanlarının, bəzi məmurların başı qondarma terrorçu obrazı yaratmağa qarışır, həqiqi terrorçular – vəhhabilər isə zərərli fəaliyətləri ilə məşğuldurlar. Məsələn, Azərbaycan İslam Partiyası, eləcə də zaman-zaman öz sözlərini deyən ənənəvi dini qurumların fəaliyyətinin məhdudlaşdırılmasının, yasaqlanmasının, saf İslamçıların həbsinin arxasında vəhhabiliyin dəstəklənməsi dayanır”.

AİP funksionerinin qənaətinə görə, bəzi qüvvələr Azərbaycanı parçalamaq üçün vəhhabi virusundan istifadə etməyə çalışırlar: “Vəhhabilik bütün dünya, o cümlədən Azərbaycan üçün təhlükəli virusdur. Bunu hakimiyyət orqanları da dərk edir. Amma əfsuslar olsun ki, düşməni əqidəli, mənəviyyatlı, saf insanların içərisində axtarırlar”.

Sonda bu təhlükədən yaxa qurtarmağın yollarına toxunan İ.Əhədli hesab etdiyini bildirdi ki, özünü İslam dini adı altında təqdim edən vəhhabiliyə qarşı mübarizəni bu sahədə tədqiqatları olan din alimlərimiz, ruhanilərimiz, bütövlükdə müsəlman Azərbaycan xalqı, ictimai-siyasi, dini təşkilatlar, o cümlədən AİP, DEVAMM, “Mənəvi Dəyərlər” İctimai Birliyi, QMİ və digər çoxsaylı qurumlar vəhdət şəklində aparmalıdırlar: “Sözsüz ki, dövlətin də böyük rolu olmalıdır. Dövlət ilk növbədə bunun üçün şərait yaratmalı, vəhhabiliklə effektiv mübarizədən ötrü günahsız həbs olunan İslamçıları, möminləri azadlığa buraxmalıdır. Əgər belə bir şərait yaradılsa Azərbaycan vəhhabilik və digər təhlükələrdən xilas olar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib