əliyevlərin Rejimdaxili Çaxnaşması

İki generalın “Betta əməliyyatı”

  • News Code : 321496
  • Source : Azadliq
Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsinin sabiq rəisi niyə intihar edib?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” qrupunun sabiq əməkdaşı, baş leytenant Asif Lətifova qarşı təzyiqlər davam edir. Asif Lətifovun müdafiəçisi Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, hüquq müdafiəçisi Ələkbər Məmmədov “Azadlıq”a bildirib ki, hazırda baş leytenant barədə saxta ittihamlarla başlanan cinayət işinin istintaqı davam etdirilir: “Hələ istintaq getdiyi üçün mən detallara varmaq istəmirəm. Bizi istintaq sirrini yaymaqda ittiham edə bilərlər. Lakin onu deyim ki, Asif Lətifov barədə 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı,  döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddələrilə cinayət işi başlanıb. Tamamilə absurd ittihamlardır. Əvvəla Asif Lətifov 1 il 3 ay əvvəl tədbir zamanı güllə tapıb və onu çalışdığı qurumun müfəttiş təşkilat idarəsinin rəisi müavini polkovnik Müşfiq Məmmədova təhvil verib. Əgər Asifin əməlində cinayət tərkibi var idisə, nə üçün bu məsələ 1 il 3 aydan sonra qabardılıb? Digər tərəfdən Asif nə silah saxlayıb, nə də silah talayıb. O, sadəcə bir güllə tapıb və onu da təhvil verib. Burada hansı cinayətdən söhbət gedə bilər? Biz hesab edirik ki, bu Asifə qarşı qərəzdən irəli gəlir”. 

Asif Lətifov niyə hədəfə gəlib?

Ələkbər Məmmədov Asif Lətifovla XDMX rəhbərliyi arasındakı yaranmış problemin kökünə diqqət çəkərək xatırladıb ki, baş leytenant qurumda korrupsiya faktlarının üstünü açdığı üçün hədəfə gəlib: “Əvvəlcə Asif Lətifova qarşı çalışdığı qurumda təzyiqlər başlanılıb. Ona qarşı ən absurd ittihamlar irəli sürülüb. Məsələn, Asif Lətifov Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. Sanki Asif Lətifov hansısa ölkənin xarici kəşfiyyatı orqanı ilə işbirliyindədir. Daha sonra Asif Lətifov qeyri-qanuni olaraq xidməti uyğunsuzluq maddəsilə işdən çıxarılıb. O, hüquqları uğrunda mübarizəyə başladıqdan sonra təzyiqlər daha şiddətli xarakter alıb. Iş vaxtı travma almasına rəğmən Asif Lətifova əlillik dərəcəsi verilməməsi, ona çatacaq sığorta pulunu verməkdən imtina edilməsi və s. bu kimi faktları nümunə göstərmək olar. Mətbuatda, o cümlədən ”Azadlıq" qəzetində Asif Lətifova qarşı hansı təzyiqlərin olduğu, ona hansı oyunlar qurulması barədə yazılıb. Ona görə də bu barədə geniş danışmaq istəmirəm. Diqqətinizə çatdırım ki, Asif Lətifovla bağlı məsələ ictimailəşəndən sonra biz bəzi problemlərin həllinə nail ola bildik. Məsələn, məhkəmə yolu ilə də olsa, sığorta pulunu aldıq". 

Ələkbər Məmmədov Asif Lətifovun işdən çıxarılmasından danışarkən maraqlı bir məsələyə toxunub: “Asif Lətifovla onun komandiri Fikrət Rzayevin arasında müəyyən problemlər olub. Bunun kökündə isə şəxsi məsələ dayanır. Fikrət Rzayev hər fürsətdə Asif Lətifovu işdən çıxarmaq istəyirmiş. Bundan başqa Asif Lətifovun sözlərinə görə, Fikrət Rzayev hər ay işçilərin maaşından 30 manat pul tuturmuş. Həmçinin tədbirlərdə işçilər üçün nəzərdə tutulan ”konvert"ləri onlara vermirmiş. Bəylər Əyyubovun yaxın qohumu olan Fikrət Rzayev Asif Lətifovun bütün bunlara etiraz etməsinə dözə bilməyib onun işdən çıxarılmasına nail olub".

XDMX-də müəmmalı ölümlər

Hüquq müdafiəçisi Asif Lətifova istinadən XDMX-də müəmmalı ölümlərin olduğunu da qeyd edib: “Asif Lətifov barədə 1 il 3 ay bundan əvvəl olmuş bir hadisəyə görə cinayət işi başlanıb. Amma Asif Lətifov deyir ki, qurumda bir sıra müəmmalı ölümlər olub. Buna misal olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar şöbəsinin keçmi rəisi Mübariz Kamilovun ölümünü göstərmək olar. Biz hələ bu məsələni qabartmaq istəmirik. Qısaca deyim ki, bu işdə iki generalın adı keçir. Ad çəkmirik. Amma yaxın vaxtlarda Mübariz Kamilovun ölümü ilə bağlı geniş açıqlama veiləcək. Yaxşı olardı ki, bu olayla bağlı cinayət işi başlansın. Mübariz Kamilovun niyə və kimlərin təzyiqindən sonra intihar etdiyi araşdırılsın. Onu da qeyd edim ki, Mübariz Kamilov Asif Lətifovun atasının dostu olub. Ehtimal etmək olar ki, baş leytenantın işdən çıxarılmasında bu məsələnin də rolu olub. Yəni, qurumun rəhbərliyi Asif Lətifovun bu məsələni də qabardacağını bilib, hansısa bəhanə ilə onu işdən çıxarıblar. Sonradan desinlər ki, Asif Lətifov işdən çıxarıldığına görə onların ünvanına bu cür ağır ittihamlar səsləndirir”.

Ələkbər Məmmədov ad çəkməsə də, ehtimal etmək olar ki, o, bu məsələdə Bəylər Əyyubovla Vaqif Axundovu nəzərdə tutur. “Azadlıq” bu istiqamətdə araşdırmalara başlayıb. Hansısa məlumatlar əldə edən kimi oxucuların diqqətinə çatdıracağıq.

MTN-nin adından səviyyəsiz yoxlama

Ələkbər Məmmədov deyib ki, Asif Lətifovu müdafiə etdiyinə görə ona da təzyiqlər olunur: “Mənə xəbər verdilər ki, MTN-nin iki əməkdaşı yaşadığım ünvana gələrək barəmdə məlumat toplamaq istəyiblər. Mən bu məsələni araşdırdıqdan sonra bəlli oldu ki, barəmdə məlumat toplamaq istəyənlər MTN-nin ”Qartal" qrupunun əməkdaşlarıdır. Öyrəndim ki, bu qrupun rəhbəri general Ceyhun Rzayevdir. Ceyhun Rzayev Fikrət Rzayevin qardaşı oğludur. Görünür, o, əmisini müdafiə etmək üçün vəzifə səlahiyyətlərini aşaraq belə bir addım atıb. Mən əminəm ki, bu məlumat toplama əməliyyatı MTN səviyyəsində həyata keçirilməyib. Çünki MTN-nin belə səviyyəsiz əməliyyat keçirməsinə inanmıram. Ceyhun Rzayevin diqqətinə isə onu çatdırmaq istəyirəm ki, əgər mənim barəmdə ətraflı məlumat toplamaq istəyirsə, müdafiə naziri Səfər Əbiyevin yanına getsin. Nazir ona mənim kim olduğumu izah edər". 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib