Yalanla Nəfəs Alanlar

Bakı rəsmiləri: Az. öz ərazisindən İrana qarşı hərbi hücum üçün icazə verməyəcək

  • News Code : 321487
  • Source : Aran News
Klinton Xalanın müzakirə mövzularından biri də İranın nüvə proqramı və Azərbaycanla İran arasında yaranmış son problemlər olmuşdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasının prezidenti dəfələrlə bildirmişdir ki, bu ölkənin ərazisindən heç vaxt üçüncü bir ölkəyə, əsasən qonşu ölkələrə, o cümlədən İrana qarşı hərbi hücum üçün imkan verilməyəcək.

ABŞ dövlət katibinin Azərbaycana səfərində İranla bağlı məsələlər də müzakirə mövzusu olmuşdur. Amma Bakı rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycan öz ərazisindən qonşularına  qarşı təhdidlərə icazə verməyəcək.

"Nezavisimaya Gazeta" xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klinton çərşənbə günü Bakıda Cənubi Qafqaza səfərini başa vurub. Klinton Azərbaycana bu qısa səfərində Prezident İlham Əliyev, xarci işlər naziri Elmar Məmmədyarov, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşlər keçirmiş, həmçinin Beynəlxalq Neft və Qaz sərgi-konfransında olmuşdur. Bu görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq, Qarabağ məsələsi, Qafqazın təhlükəsizliyi, terrorçuluqla mübarizə və digər önəmli məsələlər müzakirə olunmuşdur. Həmçinin, müzakirə mövzularından biri də İranın nüvə proqramı və Azərbaycanla İran arasında yaranmış son problemlər olmuşdur. Əlbəttə, Azərbaycan rəsmiləri İran-Azərbaycan arasında yaranmış son gərginliklərə baxmayaraq, qabaqcadan bildirmişdilər ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hərbi hücum üçün icazə verməyəcək. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu qəzetin müxbiri ilə müsahibəsində bildirib: "Bakı rəsmiləri ABŞ dövləti ilə İran barədəki müzakirələrində öz qəti və prinsipial mövqeini seçib və ölkə prezidenti dəfələrlə bildirmişdir ki, bu ölkənin ərazisindən heç vaxt üçüncü bir ölkəyə, əsasən qonşu ölkələrə, o cümlədən İrana qarşı hərbi hücum üçün imkan verilməyəcək".

Ekspert həmçinin İran-Azərbaycan arasında yaranmış son gərginliyin bu iki ölkənin heç birinin maraqlarını təmin etmədiyini xarakterizə etdiyini və hər iki ölkənin bəzi qrupların maraqlarına xidmət edən təhrikamiz hərəkətlərdən çəkinməyə çalışmalı olduqlarını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib