İfritə...

İngilislərin ətəyində niyə namaz qılmalıyıq?

  • News Code : 320710
  • Source : Haqq Yolu
Hillari xala İrəvanda üç erməni əsgərinin Azərbaycan tərəfindən öldürülməsinə az qala ağı dedi...

Əhli Beyt -ABNA- xəbər agentliyi- Zavallı məmləkətin demokratiya tamarzılarının, illər uzunu elementar insani hüquqlardan məhrum edilmiş milyonlarla Azərbaycan vətəndaşının həsrətlə gözlədiyi səfər sanki bir göz qırpımında ötüb keçdi. Bəli, məmur özbaşınalığından, addımbaşı təpəqapaz edilməkdən cana doymuş xeyli sayda insan ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri çərçivəsində Bakıya da təşrif buyuracağını eşidəndən yamanca sevinmişdilər. Çoxlarının gözlərinə işıq gəlmişdi ki, sən öləsən köpəyin qızı gəlib Azərbaycan hakimiyyətinə od qoyacaq ki, siz niyə bizim çağırışlarımızı qulaqardına, daha doğrusu peysərə vurursunuz, insanların filan – filan hüquqlarını pozursunuz. Amma mən bu amerikalılara heç zaman etibar etməmişəm, hətta onları ingilislərdən də riyakar və yüzüzlü, mindilli hesab etmişəm. Xanım Klintonun səfəri də qənaətimdə yanılmadığımı bir daha əməllicə isbatladı. Zalımın qızı İrəvanda bir, Gürcüstanda başqa şey danışdı, Azərbaycanda isə nala – mıxa vuraraq əslində bölgəyə turist səfərinə çıxdığını göstərdi.

Hillari xala İrəvanda üç erməni əsgərinin Azərbaycan tərəfindən öldürülməsinə az qala ağı dedi, “əzabkeş” erməni xalqına başsağlığı verdi, bununla ürəyi soyumayıb cocuq qatili Serj Sərkisyana yalvardı ki, sülhə sadiqlik nümayiş etdirsin. Halbuki onun minlərlə günahsız azərbaycanlının ölümünün baiskarı olduğunu təfsilatıyla bilirdi, ən azı Xocalı qətliamının memarı və icraçısı olduğunu eşitmişdi, ancaq işğalçını hədələməkdənsə onun başını sığalladı. Bununla kifayətlənməyib yenə də lənətə gəlmiş Sürix protokollarını xatırladıb Türkiyəyə səsləndi ki, bu məsələyə yenidən baxsın, əgər münaqişəni ölü nöqtədən tərpənməsində maraqlıdırsa güzəştə getsin.Hələ bu harasıdır, elə ki, Klinton Zvartnos aeroportunda zühur etdi. Ona xəbər verdilər ki, artıq ABŞ konqresinin bir qrup üzvü Azərbaycanın təxribatçı hücumu nəticəsində bir neçə erməni əsgərinin ölümü münasibətiylə bəyanatla çıxış ediblər, ABŞ – ı rəsmi Bakıya hərbi ləvazimatlar satmaqdan çəkinməyə və 907 – ci düzəlişi qüvvədə saxlamağa çağırıblar. Ay yalansa siz öləsiniz, Klintona gün kimi aydın idi ki, onun regiona gəlişi “şərəfinə” cəbhədə belə bir insident yaşanacağı əvvəlcədən planlaşdırılıb və ermənipərəst konqresmenlərin həmin bədnam bəyanatının mətni də bir neçə gün əvvəlcə Hillari xalayla razılaşdırılıb.

Yeri gəlmişkən, mənim bu yaramaz “yanki”lərə nifrətimin təməli işğala məruz qalan tərəf olduğumuz halda 92 – ci ilin o ağır və ümidsiz günlərində ABŞ Konqresinin Azərbaycana dövlət xəttiylə yardımı qadağan edən bədnam “Azadlığı Müdafiə Aktına 907 – ci düzəliş”i qəbul etməsindən sonra qoyulub. Azadlıq və ədalət carçısı kimi özünü dünyaya təqdim edən bu dövlət məhz həmin hadisədən sonra gözümdən düşdü...

Batumidə Mişanın bir gecəlik qonağı olduqdan sonra ərciyəzi Billi sevgilisi Monikaya hədiyyə edən xanım Klinton bir neçə qədəh gürcü şərabı gillədib hallı – hallı günorta saatlarında Bakıya xalaxətrin qalmasın, necə deyərlər, quş qoymaq xatirinə səfərə gəlir və burda da həyasızcasına ermənipərəstlik sərgiləməkdən çəkinmir. Onun İlham Əliyevdən atəşkəsə sadiq qalması və halalca torpaqlarımızı silah gücüylə almaqdan imtina etməsiylə bağlı istəyi isə əsl amerikan həyasızlığı idi. Axı işğalçıyla işğala məruz qalana fərq qoymamaq bir yana, işğalçıya havadarlıq etmək yaramazlıqdır. Mən əminəm ki, nəinki bəyənmədiyimiz ruslar, heç ingilis köpəyuşağı da bunu etməzdi. Ancaq amerikalılar bunu asanlıqla edir və əvəzində bizdən hələ də nələrisə istəməkdə davam edirlər...

Zülfüqar Hüseynzadə

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib