əliyevlər Xalqa Belə Xidmət Edir

"OVİR"DƏ YAŞANAN DƏHŞƏTLƏR

  • News Code : 320491
  • Source : Bizim Yol
Yeni pasportu almaq istəyən jurnalist dövlət idarəsində nələr gördü, nələr yaşadı?

Əməkdaşımızın ümumvətəndaş pasportunun vaxtı bitmişdi. Yenisini almaq qərarına gəldi. Üz tutdu Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə. Şəkil çəkdirib, anket doldurub lazımi əməkdaşa yaxınlaşdı. Ona bildirdilər ki, 120 manat versə, bir həftəyə pasportu hazır olar. Əks halda 40 manat ödəyib 1 ay gözləməlidir. Şəkli çəkdirmək, anket doldurtmaq da əlavə xərcdi. Əməkdaşımız bir ay gözləmək variantını seçdi - bir həftəlik üçün nə pulu vardı, nə də verməyə həvəsi.

Sənədlərini aprel ayının 4-də qəbul etmişdilər. Ay tamam oldu. Mayın 4-də yenidən həmin idarəyə getdi. Əvvəlcə onu 27-ci otağa göndərdilər. Orda pasport tapılmadı. Sonra dedilər ki, 36-cı otaqda olacaq. Gəlib həmin otağın qarşısında növbə tutdu. Uzun müddət gözləyəndən sonra, nəhayət, bəxt üzünə güldü - içəri keçdi. İdarənin işçisi bildirdi ki, içəri girmək olmaz - qapının üstündə də yazılmışdı. Amma bəzi şəxslər gəlib növbəsiz-filansız daxil olurdular. Eyni halla 27-ci otağın qarşısında da rastlaşmışdı. Etiraz edənlərə isə dedilər ki, buranın əməkdaşlarıdır, gözləmək lazımdır. Gənc işçi əməkdaşımızın pasportunu gətirib adını ucadan söylədi. O, sevincək irəli keçdi. Amma nahaqdan sevinirmiş - gənc dedi ki, köhnə pasportu təhvil verməlidir, qayda belədir.

- Axı o pasportun vaxtı keçib!

- Dəxli yoxdur, təhvil verilməlidir.

- Siz pasportu verin, sabah gətirim, bir də bu tıxacla şəhərin o başına gedib gələnə qədər iş günü bitəcək. Mənə isə tez lazımdır.

- Yox, olmaz. Qəti tapşırılıb ki, köhnə pasport qaytarılmasa, təzəsini verməyin.

- Yaxşı. Bəs onda idarədə niyə heç yerdə yazıb asmamısınız ki, köhnə gətirilməlidir.

- Mənlik deyil.

Gəncin müqavimətini heç cür qırmaq mümkün olmadı. İndi nə etsin? "Kim milyonçu olmaq istəyir?" verilişi yadına düşdü, özünün də gülməyi tutdu. İlk gündən 5050-yə getmədi (120 AZN-nin məhəbbətini ürəyindən silmiş olsaydı, indi çoxdan almışdı pasportu), auditoriyanın köməyi yoxdur (etiraz edəndə qapının ağzında duranlardan dəstək gəlməmişdi). Qalır dosta zəng. Dostu isə onu sonadək dinləmədən: "Get rəisin yanına, özünü təqdim elə, tanınmış jurnalistsən, tanıyacaq. Ya da DİN-in mətbuat xidmətinə zəng elə, tapşırsınlar. Onlar səni tanısalar, dərhal yola salarlar. Niyə növbələrdə canını çürüdürsən?" dedi.

...Yox, pasportstolda tanınacaq qədər tanınmış deyil. Elə yaxşı ki, tanımırlar: "Mən artistəm ki, məni tanısınlar da",- deyə düşündü və dostuna hirsləndi. Bu polis zabitlərinin borcu bizi tanımaq deyil, qanunla, ədəblə xidmət etməkdir. Rəisin-filanın yanına getmək fikri yoxdur, DİN-ə zəng etməyəcək, hamı kimi növbələrdə duracaq, görsün sonu nə olur, o, başqa insanlarla birlikdə bu dəhşətləri yaşamaq istədi.

...Gedib köhnə pasportu gətirmək lazım idi. Bir neçə gün evdə, işdə, şəxsi avtomobilində hər yeri axtardı. Tərslikdən pasportu tapa bilmədi. İtirdiyinə əmin olandan sonra yenidən idarəyə getdi. Yenə də növbədə dayanıb soruşdu ki, nə etmək lazımdır (Bilən dost-tanış da qınayır ki, jurnalist bu işi beş dəqiqəyə həll edə bilər, sadəcə, DİN-də kiməsə zəng etmək lazımdır, yox dedi durdu). Dedilər ki, burdan - yəni həmin idarədən arayış almalıdır ki, həqiqətən pasportu itirdiyi barədə müraciət edib. Nömrəsini unutduğu bir otağın qarşısına gəlib növbəyə durdu. Əslində növbə də demək olmazdı - kim hardan gəldi, oradan irəli soxulmaq istəyirdi. Yaxşı ki, polis nəfərləri gəlib qapının astanasında dayandılar, bir-bir içəri buraxdılar. Mayor xanımın yanına çatdı. Ona bir ərizə yazdırdılar və dedilər filan vaxt gəlib arayışı götürsün. Deyilən vaxt getdi, yenə növbə, yenə basabas. İki saata yaxın vaxt itirdi. Axır arayışı aldı. Altında İdarənin rəisi C.Şərifovun imzası var idi.

Aparıb Xətai rayon Polis İdarəsinə verməliydi. Orda məlum olacaqdı sonrakı proses.

Arayışda yazılırdı ki, filankəs ümumvətəndaş pasportunu itirib, ona görə də həmin pasport "tərəfimizdən fəaliyyətsizləşdirilmişdir". Jurnalist mat-məəttəl qaldı: "2011- ci il sentyabrın 4-də vaxtı bitmiş bir pasportun 2012-ci il mayın 15-də fəaliyyətsizləşdirilməsi nə demək- dir?" Suala cavab tapa bilmədi. Bəs axı deyirdilər, elektron hökumət proqramı var. Prezident imzalayıb. Arayışa nə ehtiyac var ki? Bu işi kağız daşımadan, kompüter vasitəsilə də etmək olar. Bu suallar da cavabsız qaldı. Üz tutdu Xətai RPİ-yə. Pasport və Qeydiyyat şöbəsinə. Soyadının baş hərfinə görə 6-cı otağa yaxınlaşdı. Mayor A.Əbilovun hüzuruna gedib çatmalıydı. Ancaq bəxtindən həmin gün dəhşətli növbə vardı orda. Səbəbkarı da Tələbə Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadə idi. Orta məktəblərdə imtahanları keçirmək səlahiyyətini təhsil naziri Misir Mərdanovun əlindən qoparıb alan Məleykə xanım dərhal qərar vermişdi ki, şagirdlər şəkilli şəxsiyyət vəsiqəsi ilə gəlsinlər, yoxsa imtahana buraxılmayacaqlar. Analar, atalar isə iş-gücü atıb sənəd yığıb qaçmışdılar pasport- stola. Əvvəl nömrə yazdırıb növbə tutmuşdular. Sonra o nömrələrə heç fikir verən olmadı - hamı bir-birinin başı üzərindən tullanıb içəri keçməyə çalışırdı. Əksəriyyəti də gənc xanımlar. Analardı. Bəs kişi xeylağı olan jurnalist neyləsin? İrəli getmək də olmaz, geri qayıtmaq da. Bura mədəniyyətini gözləyən adamın yeri deyil.

Bir xanım qızına sənəd almaq üçün içəri girmək fürsəti tapanda elə sevinmişdi ki. Çıxanda onu görəydiniz. Deyiblər ki, evin kupçisinin əslini gətirməlidir. Surəti kifayət deyil. Qadın üzünü "növbə"dəkilərə tutub soruşur: "Bəs niyə yazıb divara vurmurlar ki, kupçinin əsli də lazımdır?" Bir neçə adam dərhal sənədlərini eşələyir, iki xanım deyinə-deyinə "növbə"dən çıxır, məyusluqla başını yelləyir (Kupçini gətirməyiblər). "Növbə"dəkilərdən biri şəhadət və baş barmağını bir- birinə sürtərək bayaqkı qadının sualına sualla cavab verir: "Danışdın əmələ gəlmədi?" Cavab: "O deyən məndə düzəlmədi".

... Belə alınmayacaq. İçəri keçmək mümkün deyil. Yaxşısı budur, axşamüstu gəlsin. Gedib axşamçağı gəldi. Saat 5-dən sonra. Bu dəfə növbə vardı - 6-cı otağın qapısında polis nəfəri durmuşdu. Adamları bir-bir - insafən səliqə ilə buraxırdı. Mədəni, cavan oğlandı. Bəs niyə səhərin o basabasında yox idi bu polis burda? "Evrovijına tədbirə getmişdik aeroporta" dedi.

Nəhayət, jurnalistə də növbə çatdı. İçəri girdi. İçəridə növbəsiz girmiş biri vardı (hər halda onu sırada gözləyən görməmişdi). Mayor dedi ki, bayırda gözləsin. İçəri- də vətəndaş var. Qapının üstünə yazıb vurublar ki, içəri bir-bir girmək lazımdır. Çünki zabit vətən- daşlarla bir-bir danışır. Bir azdan jurnalistə də əyan olacaq niyə zabit bir-bir çağırır. Axır ki. Çatdı.

Mayor baxdı arayışa, dedi: "Get, "Kapitalbank"a 15 manat ödə". Niyə məhz "Kapitalbank"a, başqa banka olmaz?" demədi. Desəydi, adam elə bilərdi ki, bu ölkəyə dünən gəlib. Axı göstəriş var ki, bütün rüsumlar, cərimələr həmin banka ödənilir. Bu qərar "Banklar və bank fəaliyyəti haqqında" qanuna, anti-inhisar qanunvericiliyinə zidd deyilmi? Bunları düşünməyə vaxt yoxdur, banka çatıb cəriməni ödəmək lazımdır. İki yerdə yüngülvari qayda pozuntusu ilə olsa da, şükür ki, avtoqəza törətmədi, bankın bir filialını tapdı və 16 AZN ödədi. 1 manat da bank xərci. Eyni sürətlə gəlib yenə orda - 6-cı otağın qarısında dayandı. Yenə adam var, amma azdır. Axır keçdi, mayor sənədləri götürüb yoxladı. Hər şey qaydasındadır.

- 10 gündən sonra gəlib arayışı apararsınız.

- Tez olmaz? Mənə tez lazımdır.

- Onda bir dəqiqə gözləyin.

Vətəndaşın sənədlərini qəbul edib, yola saldı və ona tərəf döndü:

- Buyur, ağsaqqal, səni eşidirəm.

- Nə barədə.

- Tez istəyirsən? Bir-iki günə 70 manat. Orda qızlara verməliyik ki, tez eləsinlər. Üç günə 50 manat...

- Deməli, 10 gün gözləmək lazım deyil, 10 gün ərzində düzələcək?

- Bəli, səni eşidirəm. Nəyə imkanın çatır?

- Onda 10 gündən sonra gələrəm.

- Özün bilən məsləhətdir. İmkan yoxdur, qanuni 10 gündən sonra gəl, götür, xərcin də çıxmasın.

Deməli, 50, 70 manat söhbəti qanunsuzdur.

15.05.2012. Saat 17:57:17. Bakı Şəhər Baş Polis İdarəsinin tanıdığı rəsmisinə mesaj yazdı: "Xətai polisində pasportstolda arayışı 2 günə vermək üçün məndən 70 manat hörmət istəyirlər. Qanunla 10 gün ərzində olur. 70 manat HÖRMƏT eləsəm 1 günə. Mənə isə tez lazımdır və rüşvət vermək istəmirəm".

Dərhal zəng gəlir - bir telefon nömrəsi verir, İdarə rəisinin köməkçisidir. Jurnalist həmin nömrəyə zəng vurur. Götürən yoxdur. Daha zəng vurmur. Birinci zəngin məqsədi isə xəbərdar etməkdir ki, vəziyyət necədir. Onsuz da 10 gün gözləyəcək.

10 gün keçir, gedir təzədən. Xətai RPİ-nin dəftərxanasına getməliymiş. İzah etdilər, gedib tapdı. Orda işləyən dedi ki, yoxdur. 6-cı otağa qayıtdı. Dedilər, sabah səhər gəlsin. Ertəsi gün səhər getdi. Xeyli axtarışdan sonra arayış tapıldı. Arayışda yazılmışdı ki, jurnalist ümumvətəndaş pasportunu itirdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin filan-filan maddələrinə görə "tərəfimizdən cəzalandırılmışdır".

Arayışı götürüb yenə DİN Pas- port, Qeydiyyat və Miqrasiya İdarəsinə gəldi. Nahar fasiləsinə düşdü.

Bir daha bu tıxacla bura gəlməmək üçün gözləməyi qərara aldı. Sənəd verənlər, sənəd alanlar - hamı i


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib