Şeytana Xidmətin Acı Nəticələri

Hakimiyyəti batıran 'Eurovision'

  • News Code : 319426
  • Source : Haqq Yolu
İlham Əliyevin biabır olmaq üçün xərclədiyi bir milyard və aldığı siyasi yaralar barədə...

Əhli Beyt -ABNA- xəbər agentliyi- "Eurovision" musiqi yarışması bitdi. Azərbaycan bu tədbirdən nə qazandı? Biz bu yarışma vasitəsilə ölkəmizin dünyada yaxşı tanıdılmasına nail ola bildikmi? Bunu bacarmadıqsa, səbəbi nədir? Digər tərəfdən, insanlarımız bu tədbirdən nə qazandılar, nə itirdilər? Bütün bu suallar təbii ki, açıq qalmayıb, baş verənlər isti-isti cavablandırıb bu sualları. Amma hər kəsi düşündürən məsələ bu olayın gözlənilən və proqnozlaşdırılan siyasi nəticəni necə realizə etməsidir. Bu barədə yazmağa dəyər...

İlham Əliyevin siyasi qabiliyyətləri fonunda baş verənlərin ciddi siyasi faciə olduğunu da demək olardı. Amma bir ölkəni idarə etdiyi iddiasında olan komandanın bu cür çoxtərəfli iflası sadəcə, həmin ölkə üçün fəlakət siqnalından başqa bir şey deyil.

Bir milyard çuxurlara gömüldü...

Bir sadə hesablama ilə "Bizim yol" qəzeti ortaya çıxardı ki, "Eurovision" yarışması Azərbaycanın dövlət büdcəsindən rəsmi şəkildə bir milyarddan çox pul qoparıb. Bu vəsaitin xərclənmə arealı toz əlindən nəfəs ala bilməyən insanlarımıza bəllidir. Bakı bir milyardlıq çuxurlarla zəngin bir şəhər kimi də tarixə düşə bilər. Ancaq unutmaq olmaz ki, biz bu xəndəklərdə heç bir problemi basdıra bilmədik. Yəni, bu bir milyard bizim heç bir problemimizi həll etmədi. İnsanlar evsiz, yollar yarımçıq təmirli qaldı.

Turistlərlə nə etdik?

Azərbaycan hakimiyyəti özünün kommunist və totalitar, eyni zamanda, korrupsiyaçı mahiyyətindən hətta qısa müddətlik də olsa, ayrıla bilmədi. Tədbirə qatılan əcnəbi jurnalistlərin və qonaqların xərcini öz üzərinə götürdü. Bununla da bazar iqtisadiyyatı və açıq sistem tezislərini ayaqlar altına atdığını göstərdi.

Digər tərəfdən, bu yarışma üçün hazırlanan orta təbəqə biznesi və xidmət sektorunu demək olar ki, böyük həcmli ziyana uğratdı. Dünyanın böyük mədəniyyət təşkilatları demək olar ki, bu tədbiri boykot etdilər. ABŞ-dan olan müğənni isə bunu açıq şəkildə ifadə etdi. Amma daha böyük zərbə otellərə dəydi. Avtoritar sistemdə biznesin başqa taleyi də ola bilməz. Söhbət ondan gedir ki, Bakıda və bəzi iri şəhərlərdə 11 min otel nömrəsi bir ay öncədən sifarişlə boş saxlansa da, bunun heç üçdə biri qədər qonaq gəlmədi ölkəyə. Boş qalan nömrələr isə otel sahiblərinin cibindən yeyib. Başqa bir məlumatda deyilir ki, gözlənilən qonaq və nümayəndə heyətlərinin sayı 40 mindən artıq olsa da, bu rəqəm 4 minə çatmayıb. Yəni, 46 dövlətin hər birindən 100 adam belə, bu tədbirə tamaşa etməyə gəlməyib.

Biletlər niyə tapılmayıb?

Başqa bir məsələ odur ki, yarışmaya bilet satmaq üçün müəyyənləşdirilmiş məntəqələr vətəndaşlara mütəmadi olaraq, "bilet yoxdur" cavabı veriblər. Amma sonradan məlum olub ki, yarışmaya siyasi opponentləri dəstəkləyən insanların gəlməsinin qarşısını almaq üçün biletlər satılmayıb. Xüsusi olaraq, idarə və müəssisələrə paylanılıb və pulları da həmin qurumların işçilərindən yığılıb. Bu da siyasi hakimiyyətin daha bir iyrənc siyasətinin və bundan doğan acizliyinin görsənişidir.

Siyasi qazanc nə oldu?

İlham Əliyev vətəndaşları və dövlət büdcəsini talayaraq keçirdiyi bu tədbirin iqtisadi cəhətdən heç nəyə yaramayacağını əvvəlcədən hesablamış olardı. Çünki özü də bu yarışmadan heç nə qazanmaq iddiasında deyildi. Məqsəd sadəcə, itirməmək ola bilərdi. Amma onun bu məqsədinə çatdığını demək yanlış olar. Çünki İlham Əliyev az qala, Afrika mediasında da tənqid olundu və onun bütün siyasi gözləntiləri su üzərində yazılmış tarixə bənzədi. Dünyanın nüfuzlu media orqanlarında Əliyevlər ailəsinin korrupsiyası az qala, qəpik-qəpik ifşa olundu. Bu yarışmanın verdiyi başlıca siqnal o oldu ki, İlham Əliyevə qarşı hərəkat Azərbaycan sərhədlərini praktiki olaraq aşdı. Və Əliyevin ətrafındakı çəmbər alovlanmağa başladı.

İranla oyun bitdimi?

İlham Əliyev "Eurovision" yarışmasını mataha mindirmək üçün İranla vəziyyəti gərginləşdirdi. Amma bunun qarşılığında Qərbdən ciddi bir dəstək ala bilmədi. Çünki bunun İsrail səviyyəsində oynanılan bir oyun olduğunu hər kəs görürdü. İsrail isə indi sadəcə, bu regional konyunkturada itirdiklərini əldə etmək üçün cəhdlər edir. Bütün güclü tərəfdaşlarını itirdiyindən Əliyevlə oynamaq zorundadır. Bu isə vəziyyətin dramatizmini artırmaqla yanaşı, komik təsvirlər də yaradır. Məsələn, ABŞ növbəti dəfə, özü də bu yarışma ərəfəsində vətəndaşlarına Azərbaycana gəlməmək haqda xəbərdarlıq etməklə İlham Əliyevə və İsrailə mesaj verdi ki, "sizə ancaq belə dəstək verə bilərəm. Yəni, artıq özünüzü qoruyacaq gücdə olmadığınızı bəyan edərəm".

İranla münasibət isə süni şəkildə elə bir həddə qaldırıldı ki, indi onun fəsadlarını aradan qaldırmaq çətinləşib. Rəsmi Bakı haqlı arqumentləri olduğu halda, əxlaq müstəvisində səhvə yol verərək, İranı özündən daha haqlı duruma gətirdi. İndi sadəcə, o qalır ki, hər kəs Əliyevə qarşı olmaq konumundan ona qarşı birləşmək mərhələsinə keçsin...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib