Tələsiy Atılan Addımlar

Hakimiyyət geopolitik tələdə

  • News Code : 318670
  • Source : Azadliq
Əliyev komandasının isterikaya düşməsinin səbəbləri bəlli oldu

Əhli Beyt -ABNA- xəbər agentli- Azərbaycan hökumətinin narahatlıq içində olduğu açıq-aydın olur. Hətta bu narahatlıq artıq isterik həddə çatıb. Hökumətin Qərbə meydan oxumasının bu isterikanın təzahürü saymaq olar. Hə baş verir? Hökumət niyə bu qədər ciddi narahatlıq içindədir? Məsələnin görürən bu tərəfi budur ki, ərəb ölkələrində başlanan demokratik inqilab dalğası Azərbaycanın sərhədlərinə də yaxınlaşıb. Beynəlxalq aləmdə Azərbaycanda demokratikləşmənin labüdlüyü daha ucadan səsləndirilməyə başlayıb. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan barədə dərc edilən məqalələr, beynəlxalq strukturların demokratiya ilə bağlı davamlı bəyanatları bundan irəli gəlir. Demokratikləşmə isə avtoritar Azərbaycan hökumətinin maraqlarına uyğun deyil. Bu baxımdan Qərbin demokratiya məsələsində prinspial mövqe sərgiləməsindən narahat olmaya bilməz.

Lakin məsələnin görünməyə tərəfi də var ki, bu barədə hökumətdəki mənbə redaksiyamıza məlumat verib. Mənbə bildirib ki, əslində baş verənlərin arxasında İran məsələsi dayanır. Avropa, xüsusilə bu qitənin xaç atası hesab edilən Almaniya indiki mərhələdə İranın vurulmasında maraqlı deyil. Çünki bu Avropanın Rusiyadan enerji asılılığını daha da artıra bilər. Bu baxımdan Avropa ABŞ-a yeni plan təklif edib. Plan ondan ibarətdir ki, Almaniya İranın nüvə proqramından yalnız enerji almaq məqsədləri üçün istifadə etməyə razı salır. Və bu Qərb tərəfindən də dəstəklənir. Eyni zamanda Almaniya İranın nüvə proqramından silah məqsədsilə yararlanmaması barədə zəmanət götürür. Mənbənin sözlərinə görə, artıq tərəflər razılaşma əldə ediblər. Yəni, həm İran, Həm də ABŞ Avropanın təklif etdiyi planı dəstəkləyir. Bəs bu məsələnin Azərbaycana nə aidiyyatı var?

Mənbə bildirir ki, Avropa belə bir vəziyyətdə adi bir qığılcımın müharibəyə səbəb olacağından ehtiyatlanır. Azərbaycan isə bu baxımdan indiki məqamda daha riskli ölkədir. Çünki hazırda İranın vurulması planını qızğın müdafiə edən İsrail Azərbaycanda çox fəaldır. Elə İran-Azərbaycan münasibətlərində yaranmış gərginliyin başlıca səbəbi də budur. ABŞ və Avropa bu müharibə riskini azaltmaq üçün İsraili Azərbaycandan sıxışdırmağa çalışmalıdır. Bu proses artıq başlayıb. İndi Azərbaycan hökuməti dilemma qarşısındadır: Ya İsraillə sıx əməkdaşlığa son qoymalı, ya da siyasi səhnəni tərk etməlidir. Azərbaycan hökumətinin isterik həddə çatıran isə İranla bağlı Almaniyanın planına Rusiyanın da razılıq verməsidir. Yəni, bu o deməkdir ki, artıq Rusiya da indik halda Azərbaycan hökumətinin yanındadır.

Mənbə bildirir ki, hazırda hakimiyyət dəhlizlərində bu "geopolitik tələ"dən çıxış yolu axtarılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib