Korrupsia ilə Bağlı Araşdırma

Orta məktəblərdə rüşvət bilinən pullar qanuni ödənişlər imiş?

  • News Code : 317776
  • Source : Azadliq
E. Əliyev: Bir sıra dövrü mətbuatlarda açıq şəkildə məktəblərin adı yazılır ki, orta məktəbdə birinci sinfə uşaq qəbulu neçəyədir.

Əhli Beyt -ABNA- xəbər agentliyi- “Korrupsiometr” proqramının 24 may proqramında ekspert Etibar Əliyev bildirib: “Məktəb dilənən qurum deyil, məktəbin qüruru olmalıdır.”

Proqramın digər qonağı Təhsil Nazirliyinin ali və orta ixtisas şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov isə bildirdi ki, məktəblərdə hələ də rüşvət probleminin qaldığını inkar etmir. Amma ümumtəhsil məktəblərində təhsilin təşkili ilə, texniki bazanın yaradılması ilə əlaqədar valideynlər və yaxud imkanlı adamlar könüllü ödəmələr, ianələr edə bilərlər. Bu kimi ödənişlər rüşvət hesab edilə bilməz:

- Bir sıra məktəblərdə müəllim-valideyn assosiasiyaları yaradılıb, assosiasiyanın işini koordinasiya edən valideyn-müəllim komitəsi də var. Həmin məktəblərdə valideynlərin birgə iclasında qərar qəbul edib, hansısa bir məsələnin, fondun yaradılması haqqında qərar qəbul edərək kimin 20 qəpik, kimin bir manat, kimin daha çox. Hətta ola bilər ki belə faktlar var hansısa məktəblərin himayəsini imkanlı adamlar öhdələrinə götürüb böyük ianələrlə yatırım edə bilərlər.

Etibar Əliyev isə valideyn-müəllim assosiasiyasının qeyri-formal yığımın başında duran qurum olduğunu bildirdi.

- Bir sıra dövrü mətbuatlarda açıq şəkildə məktəblərin adı yazılır ki, orta məktəbdə birinci sinfə uşaq qəbulu neçəyədir.

Bu işi görənlər məktəblərin rəhbərləri bağlı adamlardır, nazirlikdə himayə olunurlar, yüksək vəzifə tutan şəxslərin qohumları və eyni zamanda təhsil nazirinin öz qohumları və təyin etdiyi şəxslərdir.

Onlarla korrupsiyanın kökünü kəsmək istiqamətində mübarizə aparmaq qeyri-mümkündür.

Ənvər İmanov şikayətçi valideynlərə Təhsil Nazirliyinin qaynar xəttinə - 146-ya zəng vurmalarını məsləhət görərək qeyd etdi ki, şikayətdən sonra valideyn və ya şagirdlər hər hansı təzyiqə məruz qalarlarsa təhsil naziri sona qədər onların hüquqlarının qorunacağına zəmanət verir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib