Şərəf və Şərəfsizliy

İran Azərbaycandan üzr istəyir ki…

  • News Code : 317480
  • Source : Haqq Yolu
Ay bifərasətlər, əlinizdən gələn Yevrovijn, çalıb-oynamaq deyilmi? Belə hünəriniz var qaytarın da Qarabağı!

Əhli Beyt -ABNA- xəbər agentliyi- Xanım Leyla Yunusova “avtoritar rejim” tərifini Əliyevlərə çox gördü, onları “mafioz klan” adlandırdı. Azərbaycan Xarici İşlər Vəzirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin “Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakterli şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyirik” – sarsaqlamasını “mafioz klan” da özünə sığışdırmaz.

Əliyev qruplaşması bir zaman Türkiyənin başına belə oyun açdı. Özləri Ermənistana yanacaq ötürdülər, Türkiyəyə “Ermənistanla sərhədi açma, yoxsa…” – dedilər. Yoxsa nə? Ay bifərasətlər, əlinizdən gələn Yevrovijn, çalıb-oynamaq deyilmi? Belə hünəriniz var qaytarın da Qarabağı!

Amma İran sizdən üzr istəyir!

Üzr istəyirik ki, müstəqilliyin ilk günlərindən sizə qucaq açdıq. Kişi verdiyini dilə gətirməz. Amma o zaman gətirməz ki, alan alıb əl çəksin. Sağ olunuz da lazım deyildi. Siz isə İranın xeyirxahlıqlarına pərdə arxasında onun düşmənləri ilə plan sızmaqla cavab verdiniz. İran Rusiyaya məcburən güzəştə getdiyi torpaqların adını tutmadı, siz Bakını xaraba qoyub Təbriz eşqinə düşdünüz. İranın ərzaq dolu ağır maşınlarının nəriltisi nə tez əridi qulağınızda!

Uzr istəyirik ki, ümummilli liderinizi ən ağır günlərində Naxçıvanda isidib, xalqa dayaq durduq.

Üzr istəyirik ki, zabitlərimizi göndərib sizin hərbi hissələrdə əsgərlərinizə təlim verdik.

Üzr istəyirik ki, ov tüfənginə möhtac olduğunuz vaxt maşın-maşın…

Üzr istyirik ermənilər Horadizi götürəndə bu gün yatıb-durub qaraladığınız SEPAH gecə yarı…

Min-min işimizə görə üzrxahlıqdan sonra sonda üzr istəyirik ki, dini rəhbərimizin şəxsiyyətinə toxunmayın dedik!!!

Sizsinsə bizdən üzr istəməyinizə ehtiyac yoxdur, elə xalqınızdan üzr istəsəniz yetər.

Üzr istəyin ki, bu xalqın var-dövlətini vicdansızcasına qəsb edib, eyş-işrətə xərcləyir, ölkədə əxlaqsızlığı yayırsınız.

Üzr istəyin xalqınızdan Dubayda özünü satan el qızlarına görə.

Üzr istəyin hərbi hissələrdə intihar edən, zorlanan əsgərlərə görə.

Üzr istəyin sökdüyünüz məscidlər, başsız qoyduğunuz ailələrə görə.

Üzr istəyin şərləyib həbsxanalara dorduğunuz vətən oğullarına görə…

Üzr istəyin satdığınız Qarabağa görə.

Bir də Elmara görə üzr istəyin, yəni qana bələdiyiniz haqq sözə görə!

Axmaqlar! Siz heç mafioz klan da deyilsiniz, vicdanını satmış haramxorlarsınız. İran səfirliyinin qarşısındakı kollaj dediyiniz o bir təhqir yazıldı tarixə. Çabaladıqca dərinə batacaqsınız.

 

Babək Təbrizli

 

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib