İyrənc Rejimin Rəzil Nökərləri

Qənirə xanım, narkotika, silahla şərlənənlər papuasdır?

  • News Code : 317110
  • Source : Haqq Yolu
Əgər bu insanlar doğrdan da İranın mənafelərinə xidmət edirsə, nə üçün bu adla həbs olunmurlar?

Əhli Beyt -ABNA- xəbər agentliyi- Əliyev rejiminin səyyar tribunalarından olan sabiq ANS-çi Qənirə Paşayeva Milli Məclisdə ilk baxışdan çox vətənpərvər bir çıxış edib. O deyib:

-İrandakı antiazərbaycan dairələr… Azərbaycan dövləti, onun simvolları və atributları əleyhinə də qeyri-sivil, qeyri-insani hərəkətlərlə məşğul olur, açıq-aşkar təxribatlara yol verirlər.

-İrandakı antiazərbaycan dairələrinin bu addımını nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı nə qəbul, nə də həzm edə bilər.

-Biz bu addımları tamamilə lənətləyir və pisləyirik. İrandakı məlum dairələr əvvəllər belə iddialar irəli sürürdülər ki, Azərbaycanda gey-parad keçiriləcək. Onların bu təxribatçı iddiaları Azərbaycan tərəfindən alt-üst edildikdən sonra indi də iddia etməyə başlayıblar ki, “Eurovision” İslam dəyərlərinə zidd bir hadisədir. Axı harada yazılıb ki, “Eurovision” İslam dəyərlərinə ziddir?

-İranda poeziya yarışmasına gedən iki gənc azərbaycanlı həbs olunub. Buna həbs olunmaq demək də düzgün deyil. Çünki onlar İranda girovdadırlar və Azərbaycan tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, hələ də onlar haqqında İran tərəfindən heç bir məlumat verilmir.

-Ona görə də İranın artıq bu addımlarına son deməyin, onu durdurmağın vaxtıdır…

Amma Qənirə xanım deməyib ki:

-Onun Azərbaycan Dövləti adlandırdığı rejim “İrana işləyən” dindarları narkotika, silah-sursatla şərləyib həbsə alır, min bir işgəncə altında “vətənə xəyanəti” sübuta yetirir. Əgər bu insanlar doğrdan da İranın mənafelərinə xidmət edirsə, nə üçün bu adla həbs olunmurlar? Narkotiklə şərlənən Cabbar Savalan da İrana işləyir?

-Zəif Ermənistanın işğalına necə cavab verdiniz ki, güclü İranın rəftarlarına necə cavab verəsiniz?! Sizin əlinizdən haqq sözü deyən vətəndaşı şərləməkdən başqa da bir iş gəlir?

-Sizin şairlər? Mirzə Sakit sizin şairiniz deyildi? Onu heroin saxlamaq ittihamı ilə İran həbs etmişdi?

-Bəlkə, qondarma erməni soyqırımından hüznlənən deputat həmvətənlərinizi də yada salasınız?

-İslamda spirtli içkilərin hazırlanması, satışı, istifadəsi qadağandır - bu hər yerdə yazılıb. Məscid sökmək, türban yasaqlamaq da bu sıradan!

Qənirə xanım, indi İrana daş atmaq rejimin siyasəti olub. Çalışın atdığınız daşa adınızı yazmayın. Çünki bu rejimin ömrünə az qalıb, pəncərəsindən atılan daşlar əşyayi-dəlil olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib