əliyevlər Sülaləsinin Qara Ləkələri

Azərbaycanın prezidenti qumarbazlıqda uduzmaqdan siyasətdə uduzmağa qədər

  • News Code : 316964
  • Source : Aran News
İlham Əliyev əsasən, siyasi bir şəxs deyildi. O, qumar və ticarət fəaliyyəti ilə məşğul olurdu.

1996-cı ildə atasının prezidentliyi dövründə qumarda kalan uduzan İlham Əliyev, uduzduğu pulu ödəyə bilmədiyi üçün girov götürülmüşdü. İndi də bir müddətdir ki, sionistlərin siyasi girovu hesab edilir.

AranNews - Bu günlərdə homoseksualların paradını təşkil etməyə çalışması ilə medianın qalmaqallı çöhrəsinə çevrilmiş Azərbaycanın prezidenti İlham Əliyev, prezidentliyindən qabaq siyasətdən çox rəqqaslıq və qumarbazlıqda məşhur idi və 2003-cü ildə ekspertlərin siyasi oyun adlandırdığı Heydər Əliyevin siyasi ssenarisi ilə prezidentlik kürsüsünə oturdu.

Məhəmməd Sultanov tərəfindən çap olunan "İmpuls" qəzeti 1998-ci ildə ilk dəfə olaraq İlham Əliyevin Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə rəqsinin fotolarını yayımladı.  M. Sultanov bu səbəbdən bir müddətdən sonra işindən kənarlaşdırıldı.

İlham Əliyev əsasən, siyasi bir şəxs deyildi. O, qumar və ticarət fəaliyyəti ilə məşğul olurdu. Amma qumara daha artıq meyilli olması ilə camaat arasında məşhur idi. Heydər Əliyevin prezidentliyi dövründə (1996-cı il) İstanbulda Ömər Lütfi Topalın kazinosunda kalan uduzduğu və pulu ödəyə bilmədiyi üçün girov götürüldü. Heydər Əliyev tələb olunan pulu və xüsusi bir heyət göndərdikdən sonra İlham Əliyev azad edildi. Ömər Lütfi Topal sonralar naməlum şəxslər (Heydər Əliyevin göndərdiyi adamlar) tərəfindən terror edildi. Qeyd edək ki, həmin günlərdə Türkiyənin "Yeni Şəfəq" qəzeti İlham Əliyevin Ömər Topala borclu olmasını mediaya çıxarmışdı və bu məsələ Əliyev ailəsini bərk dilxor etmişdi.

Bütün bunlardan əlavə, İlham Əliyevin iş dəftərçəsində pornoqrafik jurnallarla (Play Boy) əməkdaşlığı da qeyd edilmişdir.

İndi rəqqaslıq, qumarbazlıq və gələcəkdə xəbəri yayılması mümkün olan cinsi məsələlərdə keçmişi olan bir şəxs 10 ilə yaxındır ki, dünyanın ikinci şiə ölkəsində prezidentlik kürsüsündə oturmuşdur və xalq arasında söykənəcəyi olmadığını yaxşı başa düşdüyündən özünü sionistlərdən asılı etmişdir. Hətta, bir müddət qabaq onun mühafizəsinin Mossada tapşırılması xəbərləri yayılmışdı.

Hazırda Azərbaycan məsələləri üzrə ekspertlər bu əqidədədirlər ki, 1996-cı ildə qumarda kalan uduzan İlham Əliyev, qumarbazlara uduzduğu pulu ödəyə bilmədiyi üçün girov götürüldüyü kimi indi də bir neçə müddətdir ki, sionistlərin siyasi girovu hesab edilir. Amma 1996-ci ildə Heydər Əliyev Azərbaycan xalqının cibi hesabına oğlunu azad edə bildi. İndi isə onu sionistlərin və anti-İslam hərəkətlərinin əlindən qurtara biləcək bir kəs yoxdur. Ona görə də gec-tez Bin Əli, Hüsnü Mübarək və s. kimilərin aqibətinə düçar olacaq. Demək olar ki, qumar meydanında uduzan cənab Əliyev indi də siyasi arenada uduzmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib