İki Dövlət Əlaqələri

İİR-na qarşı rəftar Azərbaycan hakimiyyətindəki ikili yanaşmanı daha aydın göstərdi

  • News Code : 309819
  • Source : Aran News
Azərbaycan Respublikasının prezidenti: "Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın".

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin".

Azərbaycan Respublikasının bəzi anti-İran dairələrində aparılan anti-İran təbliğat və hərəkətləri silsiləsində olan ölkə prezidentinin açıqlamaları Azərbaycan hakimiyyətindəki ikili yanaşmanı daha aydın göstərir. Prezident Administrasiyasının nüfuzlu şəxsi Ramiz Mehdiyev qanadı sionistlərin təsiri altında İran əleyhinə hər yeni ssenarini planlaşdırdığı bir halda hər şeydən çox öz hakimiyyətini davam etdirməyi düşünən ölkə prezidenti İlham Əliyev ölkəsində sakitlik yaratmaq və siyasi qarışıqlığı yatırmaq məqsədilə qonşuları (siz İran oxuyun) ilə sazişi məsləhət görür.

Qeyd edək ki, bir neçə terrorçu qrupun həbsinin və onların İrana nisbət verilməsinin azəri mediasında geniş təbliği və İranın nüvə alimlərinin terrorçularının Azərbaycan torpağında təlim görməsinə şərait yaradılması Azərbaycan ölkəsində sionistlərə bağlı qanadın təhrikedici hərəkətlərindən hesab olur. Bu da xarici işlər nazirliyini bir neçə dəfə AR səfirini çağırmağa məcbur etmişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib