əliyevlərin Vətənə Xəyanətləri

Əliyevin atəşkəs siyasəti

  • News Code : 305385
  • Source : Azadliq
O, Petrosyanın xahişilə hərbi əməliyyatları dayandırmağı tələb edirdi...

1993-cü ilin noyabr-dekabr aylarında Heydər Əliyevin ümummilli səfərbərlik çağırışını yəqin ki, xatırlayırsınız. Guya ki, işğal edilmiş torpaqları azad etmək və müharibə məsələsini birdəfəlik həll etmək kimi bir öhdəlik götürmüşdü. Bu kampaniya da gurultulu nitq və çıxışlarla yadda qaldı. Amma bu dəfə Heydər Əliyevin nitilə yox, onun ətrafında olanların Əliyev haqqında tərif-mədhiyyə dolu çıxışlarıyla... Bəlağətli nitq ilə... Bir zamanlar Əliyevin Brejnev və başqa Ittifaq rəhbərlərini vəsf etdiyi kimi...

Əvvəli ötən saylarımızda

Uğursuz və cinayətkar qış kampaniyası

Yalanın və həqiqətin harada olduğunu müəyyən etmək mümkün deyildi.ÿBiz müşahidə edirdik ki, millət “rəhbərinin” çağırışlarına necə rəqslərlə cavab verir və müharibəyə yollanır.ÿBiz görürdük ki, tankların üzərinə Əliyevin adını yazıb, bir zamanlar “Stalin yolunda” yazdıqları kimi, necə “Əliyev uğrunda” patriotizm nümayiş etdirir.ÿAçığını desəm, hərdən hətta mənə də elə gəlirdi ki, bəlkə bunlar bir həqiqətdir? Amma bu illüziyalar fakt qarşısında qaldığımız ilk andaca darmadağın oldu.ÿBir zamanların 5 illik planlarında olduğu kimi...

Indi də qış kampaniyasının müddəti Əliyev tərəfindən müəyyən edildi.ÿ Bizi -ÿ döyüşən komandirləri heç kim dinləmək istəmirdi.ÿ Heç kim vecinə də almırdı.ÿ Unudurdular ki, bu, pambıq və ya hər hansı başqa kənd təsərrüfatı məhsulunun yığım kampaniyası deyil. ÿMinlərlə, on minlərlə insanın taleyindən söhbət gedir. Amma o heç kiminlə hesablaşmaq istəmir və bu insan taleləri onu zərrə qədər də narahat etmirdi. Partiya nomenklaturası da kabinetlərdə oturub, 5 illik planlar zamanında olduğu kimi, oradan komandalar verərdi.ÿ Hərbçilərə nəyi necə etməyi göstərərdi. ÿBir zamanlar Stalin Xruşşovları və başqalarını yolladığı kimi, Əliyev də öz adamlarını, nümayəndələrini cəbhə bölgələrinə göndərərdi ki, onlar hərbçilərə nəzarət etsinlər, əmrlər versinlər.ÿÖzü də ciddi döyüş təcrübəsi olan komandirlərin belə, rəyini nəzərə almadan hökm etsinlər.ÿNəticədə biz iflasa uğrayan qış kampaniyası - minlərlə həlak olan və donmuş insan faktoru ilə üz-üzə qaldıq.ÿHələ bu vaxta qədər də kimsə həmin qış kampaniyası zamanı yol verilmiş cinayətlər haqqında heç nə danışmayıb.ÿAxı həmin vaxta qədər milli ordu bu qədər itki ilə üzləşməmişdi!

Bəs həmin əmr verənlər, sərəncam yağdıranlar, planlar qoyanlar, Ali Baş Komandan Heydər Əliyev özü harada qaldı?ÿ Orduda dağılma və deqradasiya məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başladı.ÿ Ən böyük məğlubiyyətlər və uğursuzluqlar da onun zamanında baş verdi. ÿDoğrudur, onun özünü təsdiqləmək, ordunu yenidən komplektləşdirmək, uğurlu bir kampaniyaya başlamaq imkanı, vaxtı var idi.ÿ Amma onun elm-təcrübəsi, sərkərdəlik keyfiyyəti yox idi.ÿ O, Sovet dövründəki “çiçəklənən” Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin özü olaraq qalmışdı və heç bir pozitiv dəyişiklik baş verməmişdi.

Bu saziş imzalanmamalı idi...

Indi artıq orduda nizamnamə münasibətləri yox, yalan, yaltaqlıq, qılığa girmək, ələ alma, rüşvət və bu qəbildən olan davranışlar hakim idi.ÿ Məhz qış kampaniyasında uğradığı məğlubiyyətdən sonra özünün gücsüzlüyünü və heç bir uğur əldə etmək şansının olmadığını dərk və qəbul edən Əliyev ermənilərlə hələ indi də cinayətkar mahiyyətli dəyərləndirilən atəşkəs rejiminin təmin edilməsi üçün təslimçi sülhə imza atdı və torpaqların işğalı faktıyla razılaşdı. Men herbçiyəm və müharibə tarixində belə bir təslimçi atəşkəs müqaviləsinin olduğunu xatırlamıram.ÿSual olunur: torpaqların 20 faizi ışğal altında olduğu halda, hansı məqsədlə və niyyətlərlə atəşkəs müqaviləsi imzalamağa dəyərdi? Axı zərrə qədər də şübhə yox idi ki, ağır vəziyyətdə olan tək biz deyildik.ÿ Düşmən də taqətdən düşmüşdü.ÿ Onun da hərbi əməliyyatları aparmaq gücü qalmamışdı və erməniləri işğal etdikləri torpaqlardan çıxmaq şərtilə atəşkəs müqaviləsinə imza atmağa məcbur etmək mümkün idi.ÿ Şimal qonşumuzun o zamankı vəziyyətini də nəzərə alaraq, ermənilərə bizim üçün daha əlverişli şərtlər qəbul etdirmək mümkün idi.ÿ Hətta Əliyevin vərdiş etdiyi idarəçilik, onun faydasız kadr siyasəti olmasaydı, qış kampaniyasını da uğurla başa çatdırmaq mümkün idi...

İsa Sadıqov

 

(ardı var)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib