əliyevlər sülaləsinin qara tarixi

Mən Şevardnadzeni və Əliyevi belə xatırlayıram...

  • News Code : 305092
  • Source : Azadliq
Heydər Əliyev Şevardnadzenin adamlarını qəbul etmirdi

Mümkündür ki, çox subyektiv görünüm, amma mən Şevardnadzenin gürcü xalqı üçün əlindən gələni etdiyinə inanıram. 90-cı illərin əvvəllərində Azərbaycanda və Gürcüstanda oxşar hadisələr baş verirdi. Amma bir fərqlə - Şevardnadze özünün bütün siyasi bacarıq və qabiliyyətlərini işə salaraq Zviad Qamsaxurdiyanın hakimiyyətinin devrilməsində iştirak etmirdi. O, sözün həqiqi mənasında dünya siyasətçisi idi, bütün dünyada onu qəbul edir və ona hörmət edirdilər.

əvvəli ötən saylarımızda

Bu, onunla Əliyevi fərqləndirən ən mühüm göstəricilərdən biri idi. Xatırlayırsınızsa, Əliyev hakimiyyətə gələndə uzun müddət ərzində KQB imicinin reabilitasiyası ilə məşğul olmalı oldu. Şevardnadzenin isə belə bir problemi yox idi. Şevardnadze təkcə parlaq siyasi xadim deyildi, onun həm də sərkərdəlik keyfiyyətləri vardı. O, hakimiyyətə gələndə Gürcüstan qan içində idi. Rusiya Cənubi Osetiya və Abxaziya problemlərindən sui-istifadə edərək orada özünün hərbi mövcudluğunun qanlı izlərini qoyurdu. Ruslar Gürcüstana qarşı döyüşənləri silah və hərbi texnika ilə, mütəxəssislərlə təchiz edirdilər. Bu, Gürcüstanın vəziyyətini ciddi şəkildə gərginləşdirirdi. Buna baxmayaraq, Şevardnadze əlindən gələni edirdi ki, müharibənin gedişində kəskin dəyişiklik yarada bilsin. Suxumi mühasirəyə alınanda Şevardnadze həyatı üçün labüd təhlükəyə baxmayaraq, ora getdi və Gürcüstanın hərbi birliklərilə bir yerdə mühasirənin düz ortasına düşdü. Bütün dünyanın diqqəti Gürcüstana, Şevardnadzeyə yönəldi. Həmin günlərdə o, özünü Gürcüstan əsgəri kimi aparırdı və Ali Baş Komandan olaraq öz əsgərlərinin taleyini bölüşməyə hazır olduğunu Gürcüstana da, dünyaya da sübut edirdi. Mənim üçün - sabiq hərbçi və müharibəni yaşayan birisi üçün bu hərəkət ləyaqət və şərəf nümunəsi idi. Buna görə də mən həmişə Şevardnadzeyə həm bir prezident, həm də bir şəxsiyyət olaraq hörmət və ehtiramla yanaşmışam. Mən onu başa düşür və onun davranışlarını hörmətlə qəbul edirdim.

Dəfələrlə Şevardnadzenin, Saakaşvilinin davranışlarına, Gürcüstandakı inqilabi situasiyaların gedişi zamanı atılan addımlara diqqətlə baxaraq, onları Azərbaycandakı analogiyalarıyla müqayisə etmişəm. Şevardnadze Əliyevin özünə və xalqına rəva gördüklərinə heç zaman yol verməzdi. O, həmişə öz xalqının oğlu, rəhbəri, sərkərdəsi olaraq qalırdı. Əliyev heç zaman bu davranışlara bənzər şəkildə hərəkət etməzdi və etmədi də. Çünki o, Azərbaycan xalqını özünün mülkiyyəti, Azərbaycanı isə özünün əmlakı sayırdı. Ona görə də o, başqa cür düşünənlərə qarşı bu qədər qəddar davranırdı.

Elçibəy “onlara istədikləri yardımı et” əmrini verdi

Beləliklə, Suxumi hadisələrinə doğru geriyə dönək. Təəssüf ki, orada belə bir situasiya yaranmışdı ki, prezident yığcam bir hərbi kontingentlə birlikdə mühasirəyə düşmüşdü. Həm də şiddətli döyüş gedir, ciddi itkilər vardı və 200 min nəfərə qədər də qaçqın dəstəsi yaranmışdı. Bu, həmin ərəfə idi ki, mən Azərbaycanda Qərb qoşun birləşmələrinin komandanı idim. Və çox hörmət etdiyim Isaxan Aşurov mənə zəng edərək Gürcüstandan gələn qonaqları qəbul etməyimi xahiş etdi. Mən böyük məmnuniyyətlə bu heyəti qəbul etdim. Nümayəndə heyətinə Marneuli icra hakimiyyətinin başçısı Nodar Mumladze rəhbərlik edirdi. Heyətə Gürcüstan Nazirlər Kabinetinin üzvləri də daxil idi. Heyət üzvləri Abxaziyadakı, xüsusən də Suxumidə Gürcüstan ordusunun qarşılaşdığı vəziyyət barədə danışdılar. Onlara təcili şəkildə yardım lazım idi. Onlar yardım üçün Ermənistana da müraciət etmişdilər, amma ermənilər qəti olaraq imtina etmişdilər. Üstəlik, abxazlar tərəfdən Baqramyanın başçılıq etdiyi bir erməni batalyonu da Gürcüstana qarşı döyüşürdü.

Mən hansı tipli yardım edə biləcəyimizi dəqiqləşdirərək dərhal prezident Əbülfəz Elçibəyə zəng etdim. Başa düşürdüm ki, bu kateqoriyadan olan işləri, təbii ki, yalnız o həll edə bilərdi. Bu, mənim bütün ömrüm boyu lider kimi qəbul etdiyim, hüdudsuz hörmət bəslədiyim şəxslə ilk telefon əlaqəm idi. Prezident Elçibəy heç bir tərəddüd etmədən mənə əmr etdi ki, zəruri və mümkün hesab edilən bütün yardım yubanmadan edilsin. Biz dərhal bütün zəruri hərbi yardımı hazırlayıb Suxumiyə yola saldıq. Siz o zaman nümayəndə heyətinin gözlərindəki ifadəni görə biləydiniz... Onlar gördüklərinə, eşitdiklərinə inana bilmirdilər. Mən onlara Əbülfəz Elçibəyin sözlərini də çatdırdım: “Gürcülər bizim ən yaxın qonşumuz, dostumuz və qardaşlarımızdır. Biz onları heç zaman darda qoymarıq”.

Müharibə boyu onlarla əlaqə saxladıq

Bir müddət keçəndən sonra məni Tbilisiyə dəvət etdilər. Mən Ali Baş Komandandan Tbilisiyə getmək üçün icazə alıb ora getdim. Orada Şevardnadzenin müşaviri, general Vladislav Okropiroviç Çikovani ilə görüşdüm. Biz situasiyanı müzakirə etdik və onlara yenə də yardım gərək idi. Məsələ burasındaydı ki, düşmənin bazalarının və canlı qüvvələrinin yerləşdirildiyi Qudautadan Suxumiyə mütəmadi olaraq atəş açırdılar və onlara cavab vermək üçün zəruri vasitələr yox idi. Amma bizdə vardı. Biz ən qısa müddətdə zəruri olan hərbi yükləri hazırlayıb ora yolladıq. Bundan əlavə, göndərilən hərbi texnikanı idarə etmək üçün mütəxəssislər üçün də ən qısa müddətdə təlim təşkil etdik. Beləliklə, bütün müharibə boyu biz daimi əlaqə saxlayırdıq. Və gürcülər də imkan daxilində bizə zəruri yardımlar göstərirdilər. Məsələn, şimal sərhədləri bizim üzümüzə bağlananda və yeganə yolumuz Gürcüstan üzərindən qalanda onların bizim üçün yaratdığı dəhlizin hərbi əhəmiyyəti müstəsna idi.

Sülhün Gürcüstana gətirdiyi xaos

Bir müddət sonra Rusiya vasitəçilik missiyası ilə dövrəyə girdi, Gürcüstan atəşkəs rejimini yaratmağa nail oldu, Abxaziya və Cənubi Osetiya isə işğal edildi. Amma buna baxmayaraq, orada asayişi bərpa etmək, həyatı öz axarına salmaq üçün çox ciddi tədbirlər görmək lazım idi. Bu mərhələdə Şevardnadzenin fəaliyyətinə dəyər verməmək mümkün deyil. O, imkan vermədi ki, Abxaziyadan və Osetiyadan qaçqın düşmüş bircə ailə belə, çadırlarda yaşasın. Onların hamısı mehmanxanalarda, məktəblərdə, yataqxanalarda normal insanın yaşaya biləcəyi şərtlərlə yerləşdirildi. Əlbəttə, müharibənin bütün infrastrukturu sıradan çıxardığı ölkədə ciddi problemlər vardı. Kuponlar tətbiq edildi və az sonra onlar tamam dəyərdən düşdü. Inflyasiya, işsizlik, xaos Gürcüstanı başına götürdü. Gürcüstan yenə də çox ağır vəziyyətə düşdü. Yanacaqla bağlı xüsusilə ağır problemlər vardı.

Baş nazirin müavini mehmanxanadan çıxa bilmirdi

1994-cü ilin aprelində məni “Inturist” mehmanxanasına dəvət etdilər. Bizim “OIK Göyəzən” adlı futbol komandamız vardı. Onlar növbəti qələbəni qeyd etməyə hazırlaşırdılar. Mən tribunaya qalxdım və növbətçiyə dedim ki, Isa Sadıqovun burada olduğunu elan etsin. Mənim adım çəkiləndə iki gürcü mənə yaxınlaşdı. Mənimlə görüşdükləri üçün hədsiz sevindikləri gözlərindən oxunurdu. Onların kimliyini soruşdum. Bunlardan biri Gürcüstanın Yanacaq və Energetika naziri Zubitaşvili, o biri isə Gürcüstanın Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Camal Muradxanov idi. Onlar məlumat verdilər ki, artıq bir neçə gündür ki, Azərbaycandadırlar və məni bütün Bakıda axtarmaqla məşğuldurlar. Biz otağa keçdik və orada Gürcüstanın baş nazirinin müavini Avto Margianini gördüm. 1989-cu ildə aprel faciəsindən sonra Gürcüstanın birinci katibi Patiaşvili istefa verən zaman Margiani baş nazir idi və həmin istefadan sonra bir müddət birinci katibi əvəz etmişdi. O, Heydər Əliyevi yaxşı tanıyırdı, onunla dostluq münasibətləri vardı. Hətta Əliyev Naxçıvanda olduğu zaman Ermənistandan keçərək onunla görüşməyə də getmişdi. Həmişə də xüsusi olaraq qeyd etməyi xoşlayardı ki, oraya dostunu və məsləkdaşını yoluxmağa getmişdi. Margiani çarpayıdan sıçrayıb məni qucaqladı və hədsiz sevincini gizlətmədi. O, izah etdi ki, Şevardnadze onu Bakıya yanacaq dalınca göndərib... 

İsa Sadıqov

 

(ardı var)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib