Duyğunluq İllərinin Qara Ləkələri

Şevardnadze, Dəmirçyan və Əliyev

  • News Code : 304610
  • Source : Azadliq
Ermənistanın 150 illik paradına gələn siyasi rəhbərlər və Ustinov

Xatırlayıram ki, mən Tbilisi artilleriya məktəbinin kursantı olanda bizi Yerevana aparmışdılar. Həm də təcili olaraq. Bizim batareyanı fəxri qarovul üçün hazırlamaq əmri də verilmişdi. 1978-ci ilin həmin avqust günlərində Ermənistan özünün Rusiyaya birləşməsinin 150 illiyini qeyd eləyirdi. Bu təntənəli bayram münasibətilə baş katib Leonid Brejnev də Yerevana gəlməli idi. Amma hansısa mülahizələrə görə bu tədbirə Brejnev yox, SSRI Müdafiə naziri Ustinov gəldi. Biz onu “Yerevan paytaxt polku” adlandırılan ərazidə qarşıladıq. Mən birinci cərgədə idim. Mənimlə yanaşı erməni və gürcü kursant vardı.

əvvəli ötən sayımızda

Iş belə gətirmişdi ki, tamamilə təsadüfən bizim aramızda, birinci sırada dayanan bir rus yox idi. Bu zaman Ustinov bizə yaxınlaşdı. Onun yanında Şevardnadze, Dəmirçyan və Əliyev dayanmışdı. Bu mənim Əliyevi yaxından, əyani olaraq gördüyüm ilk dəfə idi. Ustinov üzünü gürcüyə tutub onun haradan və hansı millətdən olduğunu soruşdu. Sonra eyni sualları erməniyə verdi və uyğun cavabları aldıqca, müvafiq olaraq Şevardnadzeyə və Dəmirçyana dönüb gülümsünürdü. Növbə mənə çatanda mən “azərbaycanlıyam” dedim. Onların hamısı bərkdən güldülər. Belə təəssürat yarana bilərdi ki, bizi qəsdən birinci cərgəyə yerləşdirmişdilər, amma bu, qətiyyən belə deyildi. Heydər Əliyev mənə yaxınlaşıb əlini çiynimə qoydu və haralı olduğumu da soruşdu. Mən “Gürcüstandanam, amma azərbaycanlıyam”, deyə cavab verdim.

Bu, mənim həmin sabiqlərlə- Heydər Əliyev və Eduard Şevardnadze ilə ilk görüşüm idi. Kimin ağlına gələrdi ki, cəmi 15 il sonra Azərbaycanda ikinci bir görüş olacaq və orada Əliyev “mən elə bilirdim sənin 50-dən artıq yaşın, 2 metrdən yuxarı boyun var” deyəcəkdi.

Illər keçdi. Tbilisidəki məktəbi bitirdikdən sonra mən Almaniyaya getdim. Oradan Leninqraddakı Hərbi Akademiyaya, Çexoslovakiyaya, Zaqafqaziya Hərbi Dairəsinin qərargahına, nəhayət, 1992-ci ildə Azərbaycana.

Şevardnadze qaldı, Əliyevi çıxartdılar

Heydər Əliyevlə Eduard Şevardnadze də, demək olar ki, eyni vaxtda Moskvaya yerləşmişdilər. Biri SSRI Xarici Işlər naziri, o biri isə SSRI Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə. Bir neçə il ərzində Sov.IKP MK-nın qoca baş katibləri bir-birinin ardınca ölməyə başladılar və nəhayət, bu posta Mixail Qorbaçov gəldi. Bir-iki il bir yerdə işlədikdən sonra Qorbaçov Heydər Əliyevi vəzifəsindən kənarlaşdırdı. Şevardnadze isə işləməyə davam etdi, get-gedə təkcə SSRI-nin deyil, dünya siyasətinin ən parlaq fiqurlarından birinə çevrildi.

Qatığı spirtsizləşdirmək üçün iclas

Mən müxtəlif zamanlarda həm Qorbaçovun, həm də başqa rəhbər şəxslərin izahatlarını eşitmişəm ki, “Heydər Əliyev öz yerində olmadığına görə həmin vəzifədən kənarlaşdırılmalı idi”.  Yəni, onun bilikləri, bacarığı, qabiliyyətləri bu yüksək vəzifəni tutmağa imkan vermirdi. O zamankı baş nazir Rıjkovun bir intervyüsünü xatırlayıram. O izah edirdi ki, Əliyev hansı entuziazmla kabinetin iclasını toplayıb və tam iki saat ərzində ciddi şəkildə müzakirə edib ki, kefirin tərkibindən spirti necə uzaqlaşdırmaq olar. Bu, həmin zamanlar idi ki, ölkə xirtdəyə qədər problemlərin içində idi və kefir SSRI-nin problemlərinin arasında milyonuncu da ola bilməzdi. Amma yəqin yaşlılar xatırlayırlar ki, həmin vaxtlar Mixail Qorbaçov alkoqolizmə qarşı mübarizə proqramı da irəli sürmüşdü və Əliyev bu kefir məsələsi ilə baş katibə yarınmaq istəyirdi.

Heydər Əliyevin fəaliyyəti ilə bağlı başqa kommentariyalar da vardı, amma mən burada onları sadalamaq istəmirəm. Bir-iki qeyddən də başa düşmək olardı ki, orada Moskvada onluq bir iş yox idi.

Onu siyasətdən təcrid etmək lazım idi

Moskvada işdən kənarlaşdırılması onun karyerasına və özünə vurğunluğuna ölümcül zərbə vurmuşdu. O isə özünü həddən artıq sevirdi. O, az qala həyatla vidalaşmaq həddinə gəlmişdi və özünün təbirincə desək, həyatının son illərini doğma Vətənində yaşamaq üçün Naxçıvana qayıtmağa qərar vermişdi. Aydın idi ki, əlində hakimiyyət olmadan çox yaşaya bilməz, hakimiyyət ona xilasedici kəmər, tibbi vasitə kimi lazım idi. Buna görə də əl-qolunu sallayaraq oturmaq fikrində deyildi. Düşünürəm ki, onun siyasətə dönüşünə imkan verilməsi o zamankı rəhbərliyin tarixi və kobud səhvi sayılmalıdır. Əgər o, siyasətə qayıtmasaydı, əminəm ki, bu günkü faciələrin bir çoxu olmazdı, ərazilərimiz işğal edilməz, böyük qaçqınlar ordusu faktı ilə üzbəüz qalmazdıq.

Əliyevin Şevardnadzeyə qarşı kini vardı

Əliyevi tanıyanların hamısı üçün açıq-aşkar idi ki, o, özünün köhnə kolleqalarının, o cümlədən Eduard Şevardnadzenin fəaliyyətinə necə aşkar həsədlə tamaşa edir. Şevardnadzeyə qarşı təbii bir inciklik və kin də var idi. Bu kin onunla güclənmişdi ki, Heydər Əliyevdən əvvəl öz ölkəsində prezident ola bilmiş Şevardnadze onu tamam unutmuş, bir dəfə də olsun onu yad etməmişdi, Naxçıvana bir dəfə də olsun baş çəkməmişdi. 1993-cü ilin fevralında da Şevardnadze Heydər Əliyevə deyil, Azərbaycan prezidenti Əbülfəz Elçibəyə baş çəkməyi vacib saymışdı. Bu incikliklər, şübhəsiz, var idi. Əliyevi unutmuş, tərk etmişdilər, o özünün köhnə agenturasından, sabiq əlaltılarından başqa heç kimə lazım deyildi.

Şevardnadze SSRI-nin son saatlarına qədər öz işinin başında qalmışdı. O, şöhrətin zirvələrinə qalxmışdı, onun haqqında bütün dünya danışır, bütün dünya mətbuatı yazırdı. Şevardnadzeni Sovet qoşunlarını Şərqi Avropadan çıxaran əsas adamlardan, Almaniyanın birləşməsində əsas rolu ifa edənlərdən biri kimi xatırlayırdılar. O, şöhrət və təmtərağın ağuşunda idi.

Az sonra isə o, Gürcüstanın prezidenti seçildi. 1992-ci ilin martında Gürcüstanda baş verən dövlət çevrilişindən sonra o zamankı Müdafiə naziri Kitovaninin və “qanuni oğru”, “Mxedrioni” hərbi-siyasi təşkilatının lideri Caba Ioselianinin himayədarlığı ilə Tbilisiyə döndü.

Burada bir qədər qabağa qaçıb demək istəyirəm ki, növbəti məktublarımda Gürcüstanı az qala vətəndaş müharibəsinə sürükləyən 1991-92-ci il hadisələri haqqında ətraflı bəhs etməyə çalışacağam. Orada Zviad Qamsaxurdiyanın hakimiyyətdən kənarlaşdırılması, Rusiyanın bu proseslərdə hərbi iştirakı Azərbaycandakı sonrakı hadisələrlə bir çox paralellər üzrə səsləşirdi və bunları bilmək çox maraqlı olar. 90-cı illərin əvvəllərində Azərbaycanda və Gürcüstanda baş verən hadisələrin az qala eyni ssenari üzrə baş vermədiyinə inanmaq olmur.

İsa Sadıqov

(ardı var)

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib