Quba hadisələrinə ilkin baxış

Unutmayın, ən böyük ağa xalq özüdür

  • News Code : 301747
  • Source : Aran News
Quba icra başçısı rayonu təkbaşına idarə etmirdi. Buna görə də quba Üsyanı Rejimə qarşı oldu.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Keçən ilin noyabrında Quba rayon icra başçısı Rauf Həbibovun Quba sakinlərini təhqir etməsi bu ilin martın 1-də “bomba” kimi partladı. Həm də elə partladı ki, başlanan etiraz aksiyası elə həmin gün icra başçısının vəzifədən getməsilə tamamlandı.

Bu təkcə bir icra başçısına qarşı deyildi

Qubada baş verənlər zahirən bir icra başçısının təhqiramiz davranışından yarandı. Amma icra başçısı rayonu təkbaşına idarə etmirdi. R.Həbibov başçı kürsüsündə özbaşına əyləşməmişdi. Bu şəxsi bura təyin etmişdilər. Bu şəxsin arxasında duranlar var idi. Bütöv idarəetmə aparatına malik idi. Əgər idarəetmədə birinci şəxs özünü xalq önündə ağa kimi aparmaq istəyibsə, özünü feodal sanıbsa, bu təkcə onun siyası əxalq qüsuru deyil, həm də idarəetmənin qüsurudur. Odur ki, bu sıradan bir hadisə kimi qavranıla bilməz.

Dövlət qulluğunda işə düzəlmək üçün imtahanların nəticəsindən sonra bir söhbət olur. Şəxsin dövlət qulluğuna qəbulı edilməsi verdiyi imtahanların nəticəsindən çox həmin söhbətdən asılı olur. Görəsən, icra başçıları təyin edilərkən belə bir testdən keçirlər ya yox? Çünki, həmin testdən keçsəydilər, belələri birinci şəxs vəzifəsinə gəlib çıxa bilməzdilər. Digər tərəfdən əgər şəffaf test keçirilsə, görəsən icra hakimiyyəti sistemində olanlaərn neçə faizi yerində olduğunu doğrulda bilərdi? Yəqin ki, çox azı. Bunu onə görə arxayın deyirik ki, istənilən rayonda “Quba minası” var. Bu mənada bu təkcə bir icra başçısına qarşı yönəlməyib, bu həm də neçə-neçə “həbibovlar”a tuşlanan hadisədir.

Xalqdan böyük ağa yoxdur

Fikrimizcə, baş verənlər həm də icra başçılarının özünü ağa saymasına xalqın “xalqdan böyük ağa yoxdur” cavabıdır. İcra başçısı olaraq varın, sərvətin, evlərin, hektarlarla əkin sahələrin, pulun ola bilər. Amma xalq üzərində söz sahibi ola bilməzsən. Quba əhalisi bu etirazı ilə bu həqiqəti ortaya qoydu. Həm də xalqın üzərində ağa olmaq istəyənlərə “gördün, sən nəinki ağa deyilsən, heç nəsən” gerçəyini nümayiş etdirdi. İndi, icra başçıları papaqlarını qarşıalrına qoyub yaxşı-yaxşı düşünməlidirlər. “Ya xalqa xidmətçi olacaqsan, ya da ağalıq etmək istəsən, xalq adlı ağa səni yerini gösətərəcək” böyüklüyü ilə üz-üzə qalacaqsan.

Bar verməyi bacarmayanlar

Atalar deyir ki, ağac bar verdıkcə, başını aşağı salır. Yəni, bir ağacın insan xidməti verdiyi barıdır. Bu barı insana minnət qoyaraq vermir, əksinə “yaxşı ki, bu bardan istifadə edirsən” təvazösü ilə edir. Bu təbiət həqiqətindən kənar düşənlər “insan kaiunatın əşrəfidir” həqiqətindən uzaq düşüblər. Elə buna görə də son 20 ildə xalqın yaddaşında bir rayon rəhbəri belə müsbət şəkildə qalmayıb. Deməli, “ağa” olmaq istəyən “ağalığı” dövründə o qədər nifrət qazanıb ki, yaddaşlarda belə həmin nifrətlə qalırlar. Səlahiyyət sahibləri “xeyirxahlıq” adlı bardan kənar düşüblər. İnsanların qəlbində abidə ola biləcəkləri halda bunu bacarmayıblar. Belələri “bədxahlıq” barsızlığını üstün tutaraq şəxsi faciələrini yaşayıblar. Həm də bu faciəni xalqa yaşadıblar.

 “Bizə hər şey, sizə heç nə” tamahkarlığı

Qubada insanların dad etdiyi sosial problemlərin birincisi işsizlik olub. Yeri gəlmişkən, bu tkcə Qubada belə deyil, bütün ölkə üçün xarakterikdir. Ölkədə isə qəribə ab-hava yaradıblar. Kim harada rəhbərsə ora öz yaxınlarını, yerlilərini yığır. Rayon icra başçıları ilk növbədə yerli iş adamlarına qənim kəsilirlər. Hər gələn icra başçısı öz biznes strukturlarını yaradır, yerli iş adamlarının varını əlindən alır. Belə davranış istisnasız olaraq bütün rayonlarda təkrar edilir. Bu “bizə hər şey, sizə heç nə tamahkarlığı” faciələrin mənbəyinə dönür.

Aşağı-yuxarı icra başçısının Qubada 20-yə yaxın obyekti fəlaiyyət göstərir. Qanuna əsasən bizneslə məşğul olmağa hüquqları çatmadığı halda icra başçıları biznes qurumlarını yaxın qohum-əqrəbalarının adlarına rəsmiləşdirirlər. El içində deyildiyi kimi, bu xalq kor deyil axı. Yəni, nəyin nə olduğunu bilmir?

Həm də hər bir səlahiyyət sahibi əvvəl-axır səahiyyətini itirəcəyini bildiyi üçün bacardıcqa daha çox var-dövlət qamarlamaq hərisliyinə qapanır.

Var-dövlət imtahan olmayanda

Var-dövlət imtahan yox, şöhrət mənbəyinə dönəndə “rauf həbibovlar” ortaya çıxır. Özünü həqqin hansısa imtahan naminə verdiyi sərvəti müvəqqəti saxlayan şəxs kimi deyil, onun sahibi kimi sananda şöhrətpərəstlik azarı başlayır.

Varlı olmağı həm də adekvat olaraq “böyük şəxsiyyət” olmaq dəyəri kimi qavrayan Azərbaycan siyasi elitası elə xalqa şəxsiyyət bökülüyü prizmasından yox, sərvəti çox olan adam prizamsından yanaşır. Sərvəti həm də özləeiu üçün “toxunulmazlıq immuniteti” kimi qavrayır. Bu qavrama öz növbəsində “kim mənə nə edə bilər ki?” absurduna gətirib çıxarır.

Həbslər nəyi dəyişər ki?

İndi rəsmi Bakı cira başçısının evini-mülkünü yandıranları həbsə almağa çalışır. Qanun pozulubsa və qanunu pozan varsa cavab versin. Amma neçə illər boyu əməllərilə neçə-neçə evləri yıxan, neçə-neçə həyatları zəhərə döndərən, neçə-neçə insanları yalanları ilə dolandıran icra başçısı nə zaman cavab verəcək?

“İnsanlar yandırdılar!” gerçəyindən öncə “niyə yandırdılar?” səbəbini araşdırmaq lazımdır. Nə oldu ki, bu insanlar bu əmələ əl atdılar?

Fikrimizcə, bu həbslərdən öncə bunu araşdırsaq daha yaxşı olar. Həbslər cəza verə bilər, amma problemi aradan qaldıra bilməz. Problem cəzada deyil, problem səlahiyyətli şəxsin özünü dərk etməməsindədəir. Bax. bunu aradan qaldırmaq vacibdir!

Ən gözəli nə?

Ən gözəli xalqa xidmət. Ən gözəli “mənim xidmət etdiym yerdə bir nəfərin belə haqqı tapdanıbsa rəhbər olaraq ədalətli olmağım şübhə altına düşüb” həqiqətini heç zaman arxa plana keçirməməkdir.

Amma keçmiş ola. Ən gözəli “ən böyük həqiqət xalq özü”, “ən böyük adil hakim xalq özü”, “ən böyük ağa xalq özüdür” həqiqətidir. Həm də səlahiyət sahiblərinin bu həqiqəti dərk etmə zamanıdır. Aydın oldumu?

 

Tofiq TürkEL

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib