Sionizimin Addım İzləri

"TÜRKİYƏ 1980-Cİ İLLƏRİN HƏRBİ AVTORİTAR REJİMİNƏ QAYIDIR"

  • News Code : 297953
  • Source : Fakt Xeber
"İnqilabçılar hər vaxt devirdikləri rejimlərə bənzəməmək üçün özlərinə hakim olmalıdırlar"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən məşhur "Newsweek" jurnalı Türkiyənin hakim AK Partiyası və onun rəhbəri Rəcəb Tayyib Ərdoğan barədə çox sərt tənqidi məqalə dərc edib. Məqaləni olduğu kimi diqqətinizə çatdırırıq: "Türkiyənin islahat tərəfdarı Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəmir yumruqlu rus həmkarı Vladimir Putinlə əlaqəsi yoxdurmu? Bir daha düşünün. İki liderin də ölkəsində hökuməti tənqid etməyə cürət edən jurnalistlər həbs edilir. Ərdoğanın Türkiyəsində, Putinin Rusyası kimi iqtidardakı partiyanın siyasi rəqiblərinə məhkəmələr və polis tərəfindən təzyiqlər edilir, aylarla, ya da illərlə məhkəmə üzü görmədən həbsdə qalırlar; müxalif fikirli biznesmenlərə isə dağıdıcı vergi cəzaları kəsilir. Mətbuat Azadlığı İndeksində Türkiyə 148, Rusiya isə 142-ci sıradadır. Avropa İnsan Haqları Məhkəməsində Türkiyə barədə ötən il 174 dəfə insan haqları pozuntusuna dair qərar çıxarılıb. İkinci sıradakı Rusiya barədə isə 133 iddia olub.

Demokratiya vədi

Səhv nə idi? Ərdoğan iqtidara 10 il əvvəl ölkə diametrində bir zəfərlə və Türkiyənin müasir tarixində ilk dəfə ordunu siyasətin xaricinə çıxararaq "yüksək demokratiyanı gətirəcəyini" vəd edərək gəldi. İlk vaxtlardan başlayaraq, bu yöndə siyasət yürütdü və islahatları üçün Avropa Birliyinin səmimi dəstəyini qazandı. 2005-ci ildə AB-yə tam üzvlük üçün müzakirələr başladı. Lakin bu cəsur islahat proqramı 2007-ci ilin iyulunda polisin iki gizli cəbbəxananı aşkar etməsiylə parçalanmağa başladı. Prokurorlar "Ergenekon" adlı, varlığından tam əmin olmadıqları milliyyətçi dəstəni günahlandırdılar. O zamandan bəri kütləvi həbslər davam edir.

3 min 500 kürd həbsdədir

3 min 500 kürd siyasətçi və fəal, ittihamları "tragikomik" kimi dəyərləndirilən keçmiş Baş Qərargah rəisi də daxil olmaqla 249 yüksək rütbəli hərbi səlahiyyətli və 100-dən artıq jurnalist məhbəsdədir. Ərdoğanın bu həbslərə birbaşa əmr verdiyi, ya da istintaqları siyasi məqsədlərinə uyğun gələn həyəcanlı prokurorlarla nə qədər birlikdə hərəkət etdiyi barədə heç kimin qəti bir fikri yoxdur. Dəqiq olan isə Ərdoğanın "Ergenekon" mühakiməsini davamlı şəkildə müdafiə etməsi, mətbuata qarşı təzyiqə diqqət çəkən beynəlxalq "böhtan kampaniyasına" qarşı çıxması; həbsxanadakı bütün jurnalistlərin hökumətə qarşı sui-qəsd qurduğuna, ya da kürd üsyançılarıyla əlaqələri olduğuna dair israrlarıdır.

Ağızından alov saçan prokurorlar

Fevral ayının əvvəlində prokurorlar bu dəfə də hökumətin özünü hədəf aldılar. Baş nazirin adamı olan MİT rəhbəri Hakan Fidan PKK nümayəndələriylə "xain" danışıqlar apardığı üçün ifadə verməyə çağırıldı. Bitərəf və neytral bir mühakimə sistemi yaratmaq əvəzinə, prokurorlar içərisindəki rəqib fraksiyanın güclərini açıq şəkildə siyasi məqsədlər üçün istifadə etdilər. Ortaya çıxan nəticə isə vətəndaş müharibəsinə bənzəyir, amma mübarizə silahlarla deyil, həbs əmrləriylə reallaşdırılır. Ağızlarından alov saçan xüsusi səlahiyyətli prokurorlar və daim baltasını yelləyən Ərdoğan media dünyasına qorxu salır.

Demokratiya qurban verildi

Artıq jurnalistlərə, KİV-lərə və alimlərə tətbiq olunan basqının dövlət düşmənlərinə qarşı prokurorların açdığı döyüş, ya da Ərdoğanın müxaliflərə hücumu olub-olmadığının elə də əhəmiyyəti qalmayıb. Hər iki vəziyyətdə də Ərdoğanın həbslərə açıq dəstəyi çirkin bir avtoritarizmin təzahürüdür və Türkiyə demokratiyası bir nömrəli qurbandır. İqtidarda keçən on ildən sonra AKP liderliyinin başının qarışdığı, hətta ruhi xəstə olmasına dair açıq işarələr var. Ruhi xəstəliyin bəzi qanuni bünövrəsi var. AKP-in yenilənən seçki qələbələrinə baxmayaraq, "dərin dövlət" hücumlarından imtina etmədi. Ərdoğanın ən yaxınları biri "yalnız psixi xəstələr ayaq üstə qala bilər" deyir.

1980-ci illərə geri dönüldü

Bu nöqtədə Ərdoğanın Türkiyəsi 1980-ci illərin avtoritar hərbi rejiminə doğru geri gedir. İnqilabçılar hər vaxt devirdikləri rejimə bənzəməmək üçün özlərinə hakim olmalıdırlar. Məhbus jurnalist Əhməd Şıkın məhkəmədə dediyi kimi "tarix bizə qabaqda gedənləri devirən hər siyasi gücün dağıtdığı iqtidarın pis toxumlarını içində daşıdığını sübut edəcək". Bəlkə də kürd təşəbbüsünə qarşı təşkil edilən hücum Ərdoğanı, mənfəətlərinə nə qədər uzun müddətdir xidmət etsə belə, mühakimə mexanizminin sonunda öz-özünü yox edəcək bir ölüm qaçışında olduğuna razı salacaq. Türkiyənin zərər görmüş hüquq sistemi baş nazirin köhnə xəyalı olan "yüksək demokratiya"nın qarşısında ciddi bir maneədir. Putinin də öyrənməkdə olduğu kimi, müxalifləri həbsə atmaq tənqidləri azaltmır, onların sayını çoxaldır.

 

Cavad Turan

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib