Paradoks

Müasirlik yoxsa anti-İslam?!

  • News Code : 297055
  • Source : Xeber 44
Bu gün Azərbaycanda günbə-gün artan əxlaqsızlığın qarşısı alınmaq əvəzinə, əxlaq və əxlaqlılara qarşı mübarizə aparılır.

Bəzən fikirləşirəm görəsən İslamı aradan aparmaq xülyasında olanlar, bu səmavi və müqəddəs dinin ayinlərini millətə qadağan etməklə bu boş sevdaya çatacaqlarınımı düşünürlər. Əlbəttə bu mümkün olan bir şey də deyil. Əksinə bu qadağalar bir az da İslama dirçəliş verəcək. Biz bu faktı yaxın və uzaq keçmişdə müşahidə edə bilərik. Bir zamanlar bir çox respublikaları cənginə alan SSR-i rejmi indi isə tarixin zibilliklərində itib batmaqdadır. Bir zamanlar Kremil bu rejimin qərargahı idi. Onlar cənginə aldığı bütün ölkələrdə “Allah” adını belə qadağan etmələrinə baxmayaraq, bu gün paytaxt Moskvanın meydanlarında İmam Hüseyn (ə)-a azadarlıq mərasimi keçirilir. Bunun özü İslamın əzəmətinə bir sübutudur. Bəs görəsən tarixdən ibrət almayan bizim bu dövlət məmurları nəyə nail olmaq istəyirlər. Məgər “biz ölərik əldən hicab vermərik” şüarı onların qulaqlarına hələ də çatmayıbmı? Artıq dövlət məmurları anlamalıdırlar ki, “dünyəviçilik” və “muasirlik” adı altında atılan anti-İslam addımları heç də dövlətin xeyrinə qurtarmayacaq.

İnsanı belə bir sual düşündürür ki, bəs görəsən bu iddianı irəli sürənlər doğrudanmı Azərbaycanın gələcəyini düşünərək bu addımı atıblar? Azan qadağası, məscidlərin sökülməsi, dini təbliğin qarşısının alınması, din fəallarınını iftira və böhtanla qanunsuz olaraq tutulması bunu göstərir ki, əsas niyyət dövlətin inkişafı yox İslamın hədəfə alınmasıdır ki, bu dəfə də hicab qadağası ilə özünü biruzə verdi.

Bu gün Azərbaycanda günbə-gün artan əxlaqsızlığın qarşısı alınmaq əvəzinə, əxlaq və əxlaqlılara qarşı mübarizə aparılır. Adını da qoyurlar ki, məktəbli geyimi tətbiq olunur. Gah da deyirlər az yaşlı uşaqlar müəllimdən qorxur, gah deyirlər ki, hicab bizi keçmişə qaytarır və .s. Bu kimi gülünc və məntiqsiz sözlər.

Görəsən həqiqətən də hicab bizi keçmişəmi qaytarır?! Fərz edək ki, muasirlik geyimlə ölçülür. əgər biz muasirliyi geyimlə ölçsək, hicab bizi 1400 il öncəyə qaytarırsa, o zaman yarı çılpaq geyim bizi lap eramızdan əvvəl olan daş devrinə aparır. Necə ki, qədim dünya tarixinə aid kitablarda yazılır ki, qədimdə insanlar çılpaq və ya yarı çılpaq şəkildə olublar. Biz əgər o insanların geyim formalarına və tarix kitablarındakı şəkillərinə baxsaq görərik ki, yarıçılpaq mədəniyyət daha köhnədir.

-İnsanın əql və təfəkkürü inkişaf edir və camaat abr və həyaya, ayib yerlərini örtməyə daha çox diqqət yetirirlər. Amma bəziləri hələ də, soyunmaq və soyundurmaq sevdasından əl çəkmirlər.

Bəs görəsən bunların təfəkkürünə uyğun olaraq xanım müəllimlər və ya 16-17 yaşında qızlar yarıçılpaq bir geyim formasında dərsə gələrsə, elm ocaqlarında əxlaqsızlığ yayılmayacaqmı? Hərçənd ki, bu gün də təhsil sistemində şagird və tələbələr arasında əxlaq səviyəsi ürək açan deyil.

Məgər “hicab” emo və sotalist əqidəsi daşıyıcılarının eybəcər və qorxunc geyimindən təhlükəlimi oldu? Halbuki, hicab hətta namaz qılmayan xanımlar arasında gözəl görsənmək üçün dəb halını alıb. Bəzən də bəzi dırnaq arası mütəfəkkirlər iddia edirlər ki, türk xanımının hicabı olmayıb. Halbuki hicab İslamda hər bir xanıma vacib olmaqla yanaşı həm də milli geyimlərimiz sırasına daxildir. Biz bu faktı milli geyim təsfirlərində və nümunələrində, qədim Azərbaycan filmlərində, müşahidə edə bilərik. Görəsən hicab olmayan bir ölkədə “Azad qadın” heykəli nəyə lazımdır axı? Təkcə “çadralı qız” xalq mahnısı buna əyani bir subutdur.

Hətta bu dəlillər olmasa belə, bizim müsəlman xalq olmağımız və ən azından hicab qadağasının ümumiyyətlə olmamasına bəs edər. Əgər həqiqətən də hicab bizi keçmişə qaytarırsa və ya müasirliyimizi əlimizdən alırsa bəs görəsən niyə Almaniya, Türkiyə, Fransa, Danimarka və başqa bu kimi inkişaf etmiş ölkələrdə bu problem həll olunur və ya bir çox inkişaf etmiş ölkələrdə ümumiyyətlə bu problem mövcud deyil. Yoxsa Misir bəy Azərbaycanı bu ölkələrdən inkişaf etmiş və ya muasir hesab edir? Halbuki Azərbaycan təhsil sisteminin hər tərəfli şəkildə nə qədər geridə qaldığı bütün dünyaya məlumdur.

-Təsadüfi deyil ki, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) orta təhsilin qiymətləndirilməsi üzrə araşdırmaların nəticələrini açıqlayarkən Azərbaycanda orta təhsilin səviyyəsini 65 ölkə arasında 64-cü yerlə qiymətləndirib.

Görəsən Misir müəllimi niyə bu problemlərin həlli yollarını araşdırmaq əvəzinə “hicab bizi keçmişə qaytarır” şuarı adı altında zalım sionistlə əl-ələ verib İslamı aradan aparmağa çalışırlar.

Diqqət etsək görərik ki, texnalogiyanın inkişafında liderlərdən olan Yaponiya hələ də əsrlərlə tarixi olan milli geyimlərindən istifadə edirlər

Beləcə bəlli olur ki, müasirlik bizim Misir bəyin dilindədir. Həqiqətdə isə Misir bəy və onun təfəkküründə olan “dırnaq arası” ziyalıların İslamdan bir şey anlamadıqları kimi, muasirliyin də nə olduğunu anlamırlar. Ən acınacaqlısı da budur ki, bizim dövlət qanunlarını belələri tətbiq edir. Bu yersiz qanunlar isə Azərbaycanın gələcəyini sual altına alır.

Əsas dini İslam, bayrağındakı yaşıl rəngi islamçılığı bildirən, xalqı müsəlman olan, Azərbaycan prezidenti həccə gedən və prezident kürsüsünə əyləşməzdən öncə Qurana əl basaraq ədalətli olacağına and içən ölkədə hicab qadağası, məscidləri uçurulması, dindarların qeyri qanuni həbsi və s. Anti İslam addımlar hansı ədalətə və məntiqə uyğundur?!

Əkrəm Hacızadə

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib