Avropalıların Növbəti İslam Düşmənçiliyi

“Amnety İnternational”ı kimlər islamçıları müdafiə etməkdən çəkindirib?

  • News Code : 295654
  • Source : Fakt Xeber
Eynulla Fətullayev: "Azərbaycana qarşı İslam təhdidini əsas gətirərək, onları bu insanların müdafiəsindən çəkindiriblər"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Artıq bir neçə müddətdir ki, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev cəzaçəkmə müəssisələrində monitorinqlər apararaq, siyasi və vicdan məhbusları ilə görüşlər keçirir. Məlum olduğu kimi, ötən il ölkənin siyasi-ictimai həyatında yadda qalan hadisələrdən biri də islamçıların həbsi oldu. Eynulla bəy islamçılarla nəzərdə tutduğu görüş və eyni halda onların hüquqların müdafiəsi istiqamətində görülən işlərlə bağlı FaktXeber.com-un suallarını cavablandırıb.  

- Eynulla bəy, bir müddətdir ki, həbsdə olan siyasi və vicdan məhbusları ilə görüşlər keçirirsiniz. Hazırda həbsdə olan islamçılarla da görüş planlaşdırırsınzımı?

- Mütləqdir ki, belə bir görüş olacaq. Mən islamçılarla, siyasi mövqeyinə və eyni halda ifadə azadlığına görə məhbusluq həyatı yaşayan şəxslər arasında hər hansı bir fərq qoymuram. Sadəcə valideynlərindən, eyni zamanda onların müdafiə komitəsindən aldığım şikayətlər əsasında cəzaçəkmə müəssisələrində həyata keçirdiyim monitorinqə uyğun qrafik hazırlamışam və bu qrafiki prioritet şəkildə təsdiq edirəm. Təxminən 10 gün bundan öncə AİP lideri Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayevin ailə üzvləri ilə məhbusun ətrafında olan situasiyaları müzakirə etdik. Eyni zamanda Avropa Şurası İnsan Haqları və Hüquq məsələləri üzrə komitəsinin rəhbərliyi və eyni halda cənab Ştrasserlə islamçıların məsələləri ilə bağlı ciddi müzakirələr aparmışıq. Bu məsələdə mövqeyimizi birmənalıdır ki, islamçılar siyasi motivlə həbs olunublar. İstər Mövsüm Səmədovun işi olsun, istərsə də hicab aksiyasında həbs olunana inanclı şəxslər. 14 saylı cəzaçəkmə müəssisəsində olanda, hicab aksiyasına və eyni halda Gəncədə dini maarifləndirmə sahəsində fəaliyyətinə görə həbs olunmuş islamçılarla görüşdüm. İslamçılarla qarşı heç bir ayrı-seçkilik nümayiş etdirmirik. Sadəcə olaraq, islamçılar hələ ki, cəzaçəkmə müəssisələrinə göndərilmədiyinə görə, onlarla görüş imkanları məhduddur. Kürdəxanı istintaq təcridxanasında saxlanılan islamçılar cəzaçəkmə müəssisələrinə göndərilən kimi dərhal onlarla görüşüb vəziyyətlərini yoxlayacağıq. Bunu demək istərdim ki ən böyük siyasi məhbuslar da məhz islamçılardır. Qəti olaraq onlar mənim üçün prioritet əhəmiyyət kəsb edir.

- Məlum olduğu kimi “Amnesty İnternational” apreldə keçirilən aksiyalar zamanı həbs olunan 17 nəfər müxalifətçini vicdan məhbusu elan etdi. Lakin “Amnesty İnternational” tərəfindən islamçılara qarşı bu mövqe göstərilmədi. Eyni halda ölkədə olan hüquq müdafiəçilər arasında islamçılara qarşı ayrı-seçkilik müşahidə olunur. Sizcə bu nə ilə bağlıdır?      

- “Amnesty İnternational” bu günə qədər Fələstin problemi, ABŞ-ın anti-terror adı altında təsis etdiyi Quantanamo və eyni halda Əbu-Qureyb həbsxanalarında məhbusların işgəncələrə məruz qalması ilə bağlı ən kəskin mövqe bildirən təşkilatlardan biridir. Bu təşkilat hətta Corc Buşun həbsini belə tələb edib. Düşünmürəm ki, “Amnesty İnternational” islam faktorunu nəzərə alaraq, bu şəxslərə münasibətdə ayrı-seçkilik mövqeyini tutub. Sadəcə olaraq, belə vəziyyətin yaranması hüquq müdafiəçilərinin mövqeyindən irəli gəlib. Əgər bütün hüquq müdafiəçiləri bir mövqedən çıxış edərək, bu insanların müdafiəsini ardıcıl şəkildə  təşkil etsə, inanmıram ki, “Amnesty İnternational” da öz mövqeyini ortalığa qoymasın. “Amnesty İnternational” təşkilatının nümayəndələri Bakıya gələndə islamçılarla bağlı müəyyən müzakirələr apardıq. Məndə olan məlumata görə, bəzi hüquq müdafiəçiləri “Amnesty İnternational” təşkilatının üzvləri ilə görüşdə, Azərbaycana qarşı islam təhdidini əsas gətirərək, onları bu insanların müdafiəsindən çəkindiriblər. Lakin hesab edirəm ki, biz bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Çünki bu şəxslər vicdan məhbuslarıdır.

 

Xəyal Şükür

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib