Sionizimin Azərbaycan Variantı

SAXAL əsgərindən Bakı ateistlərinə!

  • News Code : 292983
  • Source : Aran News
Neo-ateizm hamiləri narahatdır. Belə getsə qısa bir müddətdə bütün hibridlər, mutatntlar məhv ediləcək. Ampulanı dəyişmək lazımdır. Axundov, Salman Rüşdi, Rafiq Tağı üslubu ilə İslam inqilabını yalnız sürətləndirmək olar. Cəmiyyəti liberallaşdıracaq, güzəştə getməyən dini kəsimi yumşaldacaq təbliğata ehtiyaca var.

Cənnət dünyanı cəhənnəmə çevirən ən önəmli politik problem: Qərblə İslam dünyası arasında qarşıdurma! Bu qarşıdurma hər nədən qabaq Yaxın Şərq problemi üzərində köklənmişdir.

Bu problem ilk baxışda Fələstinlə İsrail arasında regional masştabda görünsə də, məsələnin mahiyyətinə vardıqca Ərəb Dünyası-İsrail, ABŞ və müttəfiqləri-İslam dünyası kimi cəbhələşmələr diqqəti çəkir.

Baş-başa gələn tərəflər üçün düşmənin hər şeyi, canı, mülkü, mənəvi dəyərləri, dini hədəfdədir. Bu gün ABŞ (başı üzərində İsrail) və müttəfiqləri bütün müsəlman ölkələri üzərində hakimiyyətə can atır. Bu hücum virtual cəbhəni də əhatə edir. Havadan hücum, yerüstü əməliyyatlar, informasiya müharibəsi… Bir qədər ideoloji görünsə də mövcud qarşıdurmada yalnız bir tərəf ideoloji mövqedən çıxış edir. İslam dünyası hz. Musa (ə), hz. İsanı (ə) yəhudi və məsihilərdən az sevmir. Əslində ABŞ məsihilik, İsrail yəhudilik prinsiplərinə zərrəcə sayqılı deyil. ABŞ və müttəfiqləri öz strateji planlarında zərrəcə Allah və dinə sayqı göstərmirlər. Onlar hz. Məhəmmədə (s) həqarətlə yanaşdıqları qədər o biri peyğəmbərləri aşağılayırlar. Bəli, müharibə küfrlə din arasındadır. Bütün peyğəmbərlər öz dövrünün zalım başçıları ilə vuruşduğu halda ABŞ, qərb dövlətləri, İsrail, onların şərqdəki əlaltıları istisnasız olaraq bütün səmavi dinləri salonu bəzəyən büllur vaz kimi qəbul edir və ictimai-siyasi səhnədə dinin görünməsini dözülməz sayır. Bəli, prezident inaqurasiyasında müqəddəs kitaba and içilir. Amma reallıqda nə qanunvericilik, nə müdiriyyətdə müqəddəs kitab qanunları nəzərə alınır.

Dünyanın təbliğat maşını sionizmin əlindədir – ABŞ və müttəfiqlərini, əlbəttə ki, həm də İsraili dolandıran sionizmin. Bu imperialist çevrədə həqiqi din daşıyıcısına yer yoxdur – o cümlədən həqiqi yəhudilərə. Əsil yəhudilər sionizmin din yox, siyasi fırıldaqçılıq olduğunu, dünyanın qanını içdiyini açıq bəyan edir. Əsil yəhudilər əsil məsihilər və əsil müsəlmanlarla həmkarlıq edir. Onların ümumi məqsədi dini dəyərləri gündəmə gətirmək, dünyanı əxlaqsızlıqdan qurtarmaqdır.

Zülm, istibdad, küfr piramidasının təpə nöqtəsində İsrail dayanır. ABŞ İsrailin tapşırıqlarını qul kimi yerinə yetirən Qülliveri xatırladır. Bu olduqca geniş mövzunu xülasələşdirmək üçün beynəlxlaq imperializm və sionizmə xidmət edən təbliğat maşını üzərinə qayıdırıq.

Deyirlər ki mətbuat dördüncü hakimiyyətdir. Elə buna görə də böyük sərmayələr yatırılır qələm adamlarına. Azərbaycan qələm sahiblərinin də bir hissəsi aybaay öz payını alır. Şərti olaraq neo-ateizm adlandıracağımız bu cərəyanda Salman Rüşdi kimi nəhənglər, Rafiq Tağı kimi nərələr, nəhayət bu gün R.Tağının müəmmalı ölümü ətrafında qorxa-qorxa gah susub, gah səs-küy salan cırcıramalar var. Azərbaycanın ciddi ziyalıları bu hadisəyə yalnız etiket xatirinə münasibət bildirir. Allahı qəbul edən biri Allahı söyənə necə ağlayar?!

Amma... Azərbaycanda neo-ateizm olduqca xamdır. Onlara kimliyini sübut etmək, onların siyahısını tutmaq, onları ən azı insan haqlarına həqarətli yazılarına görə ittiham etmək çox asandır. Amma bu belə olmamalıdır. Mirzə Xəzər demişkən, din həssas məsələdir. Mirzə Xəzərin “din təhlükəli mərmidir” deməsi daha yerinə düşərdi. Bu mərmi mahir sapyorlar tərəfindən zərərsizləşdirilməlidir. Roma papasını “zərərsizləşdirilmiş din mərmisinə” nümunə göstərmək olar. Qalır Azərbaycanda Mövsüm Səmədov, Taleh Bağırov kimi “möminləri” zərərsizləşdirmək. Azca ehtiyatsızlıq partlayışa səbəb olar və heç kimin gözləmədiyi bir məqamda Bakı “İslam Mədəniyyətinin paytaxtından” “İslam Respublikasının paytaxtına” çevrilər. Ehtiyatlı olun, cənab neo-ateistlər!

BMT Sionist rejimin Qəzzə zolağına qarşı hücumunu hərbi cinayət adlandırdı. BMT-nin Fələstində insan haqları üzrə xüsusi müfəttişi Riçard Falk BMT-nin insan haqları şurasına təqdim olunan 26 səhifəlik hesabatda bildirdi: "Cenevrə müqaviləsi və beynəlxalq qanunlara əsasən hərbi qüvvələrin hərbi və mülki hədəfləri ayırd edə bilmədikləri halda hücuma əl atmaları qanunsuz bir hərəkətdir. Buna görə də İsrail ordusunun Qəzzə zolağına qarşı hücumu hərbi cinayət sayılır." Riçard Falk İsrail qüvvələrinin Qəzzə zolağındakı hərbi cinayətlərini sübut edən faktlara istinadla deyib: "İsrail ordusu yaşayış massivlərinə hücum edərək Qəzzə zolağındakı fələstinlilərə böyük cismani, ruhi və maliyyə zərərləri vurub." (Riçard Qoldston)

Qeyd edək ki, Sionist rejimin 2008-ci ilin 27 dekabrında başlayan Qəzzə zolağına qarşı 22 günlük hücumlarında 1340-dan yuxarı fələstinli şəhid olub, azı 5000 nəfər də yaralanıbdır. Nə olsun? O olsun ki, müasir dünyada azad sözün müdafiəsində duran, dini dəyərləri hədəfə almış silahlı qələm cəngavərlərin cəzalandırılmasına qarşı kampaniya aparan elə İsraildir! Salman Rüşdidən Rafiq Tağıyadək küfr dalğasına yoç açan, ictimai fikir formalaşdıran elə 22 gündə 1340 fələstinlini qətliam edən İsraildir. Bu həmin İsraildir ki, fitvası ilə ABŞ və Qərb dövlətləri Qarabağda öldürülən, əsir götürülən soydaşlarımıza biganəlik göstərir. Onları Rafiq Tağının ölümü narahat edir. Daha çox narahatdırlar ki, R. Tağı məktəbinin mavi davamçılarını da təhlükə gözləyir. Bu sırada mərhum Elmar Hüseynovun adını çəkənlər ən böyük şərəfsizliyə əl atır. Elmar Hüseynov haqq söz yolunda şəhid olub. Onu milyonlarla insanların etiqadını aşağılayan muzdurlara qatmaq rəzalətdir.

Neo-ateizm hamiləri narahatdır. Belə getsə qısa bir müddətdə bütün hibridlər, mutantlar məhv ediləcək. Ampulanı dəyişmək lazımdır. Axundov, Salman Rüşdi, Rafiq Tağı üslubu ilə İslam inqilabını yalnız sürətləndirmək olar. Cəmiyyəti liberallaşdıracaq, güzəştə getməyən dini kəsimi yumşaldacaq təbliğata ehtiyaca var.

Söz Mirzə Xəzərə verildi. Kimdir Mirzə Xəzər? Ümumiyyətlə, bu onun əsil adıdırmı? Əsil adı Şaron ya Peres olsa belə onu Mirzə Xəzər kimi təqdim etmək "məsləhət olub". Beləcə, Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 29 noyabr, 1947-ci il tarixində Göyçayda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirən, bir müddət Sumqayıtda vəkil işləyən Mirzə 1974-cü ildə İsrailə mühacirət edib. 1975-ci ildə Tel-Əviv Universitetində xüsusi kurs keçib, İsrail ordusunda (SAXAL) xidmət edib.

Mirzə Xəzər "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri (1985-1987) və "Azadlıq" radiosunun (Radio Free Europe/Radio Liberty) Azərbaycan redaksiyasının direktoru (1987-2003) vəzifələrində işləmişdir.  Həmin arada Mirzə Xəzərin əsas vəsifəsi Azərbaycanda ictimai fikri sionist maraqları istiqamətində yönəltmək olub. İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı - "Əhd-i Ətiq" (Tövrat) və "Əhd-i Cədid"i (İncil) Azərbaycan dilinə tərcümə etmişdir (1975-1984). "Əhd-i Cədid" (İncil) Mirzə Xəzərin tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr edilmişdir.

2004-cü ilin yanvar ayında Mirzə Xəzər Azərbaycana qayıdır. Onun Bakıya gəlişi yalnız Heydər Əliyevin ölümündən sonra mümkün olur. Çünki Mirzə Xəzərin MOSSAD-da yonulmuş heykəlini H. Əliyev gözəl tanıyırdı. Bu tip müəmmalı adamlara H. Əliyevin çevrəsində yer yox idi. Mirzə Xəzər Bakıda qalıb işləmək istəyir. Bakıda "Mirzə Xəzərin Səsi" adlı qəzetini təsis edir. Lakin bir müddətdən sonra Bakını tərk edir. Çünki H. Əliyev öz varisini layiqincə təlimatlandırmışdı. Hazırda Mirzə Xəzərin internetdə üç dildə (Azərbaycan , ingilis , rus dillərində) eyni adda qəzeti nəşr edilir. Almaniyanın Münhen şəhərində yaşayır.

Mirzə Xəzər yazıçı Rafiq Tağının ölümündən kədərləndiyini bildirib: “Rafiq Tağının din barədə yazdıqlarının hamısını oxumamışam və bu üzdən müəyyən fikir yürüdə bilmərəm. Bu fikirlərlə razı olmasam belə, Rafiq Tağıya qarşı ifrat ittihamların söylənməsini və hətta İranda onun ölümünə fitva verilməsini qəbul edə bilmərəm. Fikirə fikirlə cavab verilər”. Maraqlı nöqtəyə toxunur Mirzə Xəzər: “Özünü ziyalı və qələm sahibi sayan insanların… əsassız ittihamlarla çıxış etməsi vəziyyəti yalnız gərginləşdirə bilər. Bu gün söylənən fikirlər Rafiq Tağının qətlinin yaratdığı hiddət və qəzəbin psixoloji əks-sədasıdır. Hiddət və qəzəb soyuyandan sonra daha soyuqqanlı bir mühitin yaranacağına və məntiqin hissə qalib gələcəyinə inanıram… Dindən başı çıxmayanın, dinin əsasları ilə tanış olmayanın, dini dünyagörüşü dar və biliyi səthi olan kimsələrin din mövzusundan uzaq durması məsləhətdir… Din həssas mövzudur. Bunu həm hakimiyyətdə olanlar bilməlidir, həm də özünü qələm sahibi adlandıranlar”. Mirzə Xəzər bu sözləri ilə az qala din müdafiəçisi kimi görünür. Amma… Bir az keçmişə qayıdaq. Türkiyəli karikaturaçı Bahadır Baruter cəmiyyətin müəyyən təbəqəsinin dini dəyərlərini təhqir ittihamı ilə məhkəməyə çağırıldı. Buna səbəb rəssamın satirik “Pinqvin” jurnalında dərc etdirdiyi karikatura idi. Məsciddə namaz qılan insanları təsvir edən karikaturaçı onlardan birini əl telefonu ilə Allaha zəng edərək “vacib işlərinə görə” namazı yarımçıq qoymağa icazə istəyirmiş kimi göstərib. Məscidin iç divarında isə kiçik şriftlə “Allah yoxdur, din yalandır” sözləri həkk olunub. Oxucuların çoxsaylı şikayəti İstanbul baş prokurorunun Bahadır Baruter haqqında iş açması ilə nəticələndi. Əsəs məsələ bu kimi hadisələrə sabiq SAXAL əsgərinin münasibətidir: “Bahadır Baruter öz fikrini ifadə edib. Dinin, dindarların təhqir edilməsinə qətiyyətlə qarşı olduğumu bəri başdan qeyd etmək istəyirəm. Lakin burada söhbət karikaturadan, satiradan gedir. Bəzi dindarların, dinin və hətta peyğəmbərin satira və karikatura hədəfinə çevrilməsi hallarına ilk dəfə İsraildə şahid olmuşam. Televiziya ekranında həzrəti Musa haqqında satirik səhnəni seyr edəndə elə bilirdim indi camaat küçələrə çıxıb üsyan edəcək, sonra da satirik səhnənin müəllifini damğalayıb məhkəməyə verəcəklər. Yox, heç kim küçəyə çıxmadı. Satirik səhnənin müəllifini də heç kim cəzalandırmadı. Cəmiyyət bu cür tənqidlərə dözümlə, təmkinlə yanaşırdı. Bu mənim ifadə və fikir azadlığı elmi üzrə ilk əyani dərsim idi. Hər bir cərəyanda mənfi hallar olur. “Tövrat”ı və “İncil”i tərcümə edən adam kimi deyə bilərəm ki, hər bir cərəyanda həqiqi imanlılar və saxta imanlılar olur. Mən inanmıram ki, Bahadır Baruterin qayəsi dini, dindarları təhqir etmək olub. Mənim dinindən asılı olmayaraq bütün səmimi imanlılara böyük hörmətim var. Ancaq etiraf etmək lazımdır ki, hər bir dində həqiqi dindarlar da var və zahiri dindarlar da. Bahadır Baruter öz fikrini ifadə edib. Fikirə fikirlə cavab vermək ən doğru yoldur… İfadə azadlığının cəmiyyətin heysiyyəti ilə toqquşması məsələsinə gəlincə, demək istərdim ki, azad cəmiyyətdə, fikir və ifadə azadlığının olduğu cəmiyyətdə, dindarın da, dinə inanmayanın da öz fikrini sərbəst söyləyə bildiyi cəmiyyətdə bu, necə deyərlər, “toqquşma” həmişə olacaq. Bu “toqquşma” karikatura ilə, satira ilə cərəyan edirsə, deməli, o cəmiyyətdə sağlam düşüncə hökm sürür. Bu “toqquşma” psixoz yaradırsa, məhkəmə yolu ilə həllə üstünlük verilirsə, deməli, cəmiyyətdə fərqli düşünənlərə dözümsüz yanaşmaq meyli güclənməyə başlayır. Dindarın öz Allahının, peyğəmbərinin tənqid olunmasına, lağa qoyulmasına dözməməsini isə anlayışla qarşılamaq lazımdır, amma bu dözümsüzlük başqa müstəviyə keçməməli, ifrata varmamalıdır. İfrata vararsa, ortada heç bir dəyər qalmaz…” Yəni söydüm atanı, söy atamı!

Bu azərbaycan leksikonundakı “xoşqeyrətlik” Qarabağ mövzusuna münasibətdə özünü göstərir. Mirzə Xəzərin sözləridir: “Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında həll olunmalıdır. Bu münaqişənin hərbi yolla həll edilməsi qeyri-mümkündür”! Bəli, hətta işğal olmuş vətən torpaqlarını sülh yolu ilə almaqdan başqa çarə görməyən bir insan dini müqəddəsliklərin müdafiəsində fiziki tədbirə hə deyə bilməz.

Amma dünyanda son sözü deyən İsrail, onun işğalçı SAXAL ordusu, bu ordunun sabiq əsgəri Mirzə Xəzər deyil. Zorun cavabı zordur. Bəşər tarixinin İraq kimi misilsiz muzeyi yerlə yeksan edildi. Azərbaycan torpaqlarının beşdə biri düşmən tapdağındadır. “İslam mədəniyyətinin paytaxtında” Peyğəmbər söyülür! Mirzə Xəzərdən yuxarıda oturanlar görür ki, ox daşa dəyib. Zora zorla cavab verilir. Azərbaycan neo-ateistləri ehtiyatlı olmağa çağırılır. Amma mərhum Elmar Hüseynov güllələnəndə bu nigarançılıq müşahidə edilmədi. Çünki mövzular kökündən fərqlənir. Rafiq Tağı olmaq üçün kiçilmək, Elmar Hüseynov olmaq üçün böyümək lazımdır. Mirzə Xəzər bu kiçikliyin hər gün daha çox üzə çıxdığından narahatdır. Çünki özünü Allahdan ağıllı, mərhəmətli, haqlı görür. Allah “vuruşanla vuruş”, Mirzə Xəzər söyüşənlə söyüş, yumruğunu sıxma deyir – ən yaxınlarını, ən çirkin şəkildə söysələr belə! Əlbəttə ki, bu bir oyundur. Çəkmələri qanlı SAXAL əsgərinin səbrə çağırışı istehza doğrur.

 

Babək Təbrizli

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib