Amerika Xəbərləri

Donald Trampın xüsusitəyinatlıları Yəməndə 16 uşaq və qadını qətliam edib – Foto

  • News Code : 808788
  • Source : İslaminSesi ABNA-ya istinadla
ABŞ mənbələri əl-Bəyda əyalətinin Yəkla bölgəsindəki bu əməliyyatda 40 əl-Qaidə üzvü o cümlədən əl-Qaidənin Yəməndəki tanınmış üzvlərindən biri Əbdürrauf Zəhəbin öldürüldüyünü iddia etsələr də, lakin Anadolu Agentliyinin məlumatına görə az sonra burada 16 mülki şəxsin qətliam edildiyi ortaya çıxıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Ordusunun xüsusitəyinatlılardan ibarət bir bölüyü Yəməndə əl-Qaidəyə qarşı əməliyyat zamanı qətliam törədiblər.

ABŞ xüsusitəyinatlılarının bu əməliyyatı Yəmənin əl-Bəyda əyalətində həyata keçirilib. ABŞ mənbələri bu əməliyyatın 30 hərbi təyyarə, helikopter və pilotsuz təyyarənin müşayiəti ilə baş tutduğunu bildiriblər. Əməliyyatda məqsəd əl-Qaidənin əlində olan ABŞ jurnalistini azad etmək olub. Lakin əməliyyat zamanı jurnalist də ölüb.

ABŞ mənbələri əl-Bəyda əyalətinin Yəkla bölgəsindəki bu əməliyyatda 40 əl-Qaidə üzvü o cümlədən əl-Qaidənin Yəməndəki tanınmış üzvlərindən biri Əbdürrauf Zəhəbin öldürüldüyünü iddia etsələr də, lakin Anadolu Agentliyinin məlumatına görə az sonra burada 16 mülki şəxsin qətliam edildiyi ortaya çıxıb. Həmin cinayətlərin görüntülərini təqdim edirik:

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib