Amerika Xəbərləri

Anti-imperialist İnqilabçı Fidel Kastro vəfat etdi

''İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq''

  • News Code : 794312
  • Source : Lenta “Prensa Latina” agentliyinə istinadən
Brief

Qeyd edək ki, Fidel Kastro ötən əsrin 50-ci illərində Amerika Birləşmiş Ştatlarının bölgədə icraçı “çinovnik”i olan Fulxensio Batista diktator rejiminə qarşı mübarizəyə başlayıb. 1959-cu ildə inqilabın qələbəsindən sonra ölkəyə rəhbərlik edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, noyabrın 25-də yerli vaxtla axşam radələrində Kuba inqilabının anti-imperialist lideri Fidel Kastro 90 yaşında vəfat edib.

Dövlət başçısı Raul Kastro qardaşı Fidel Kastronun vəfatıyla bağlı xalqa müraciət edib: "İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq. Dəfn haqqında yaxın saatlarda məlumat veriləcək".

Qeyd edək ki, Fidel Kastro ötən əsrin 50-ci illərində Amerika Birləşmiş Ştatlarının bölgədə icraçı “çinovnik”i olan Fulxensio Batista diktator rejiminə qarşı mübarizəyə başlayıb. 1959-cu ildə inqilabın qələbəsindən sonra ölkəyə rəhbərlik edib. 2006-cı ildə səhhətində problemlər yaranıb və 2 il sonra səlahiyyətlərini qardaşı Raul Kastroya verib. 13 avqustda Fidel Kastronun 90 yaşı qeyd edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib