Amerika Xəbərləri

Klintona seçki öncəsi şok — SEKS SKANDALI

  • News Code : 789192
  • Source : Azərbaycan KİV-i
Brief

FTB-nin direktoru Ceyms Komey cümə günü ABŞ Konqresinə məktub göndərərək Klintonun elektron məktub skandalına aid yeni məlumatlar əldə etdiklərini və bu səbəbdən yeni istintaqa start veriləcəyini bildirib. Bu məktubdan sonra seçki mübahisələrində elektron məkub skandalı gündəmə bomba kimi düşüb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-da 8 dekabr prezident seçkiləri ərəfəsində namizəd Hillari Klintonun sağ qolu hesab edilən Huma Abedinin boşanma qərarı alması, onun əri Vaynerin seks yazışmaları ilə əlaqədar istintaqın Klintona qədər uzanması "Demokratlar"ın namizədinin səs itkisi ilə nəticələnib.

Məlumata görə, keçirilən son sorğuda ABŞ seçicilərinin artıq 34 %-i Klintonun lehinə səs vermə məsələsində tərəddüdlü qalıblar. Digər tərəfdən, ABŞ Ədliyyə Nazirliyi Vaynerin kompüterindəki 650 elektron məktubun FTB tərəfindən incələnməsinə icazə verib.

FTB-nin direktoru Ceyms Komey cümə günü ABŞ Konqresinə məktub göndərərək Klintonun elektron məktub skandalına aid yeni məlumatlar əldə etdiklərini və bu səbəbdən yeni istintaqa start veriləcəyini bildirib. Bu məktubdan sonra seçki mübahisələrində elektron məkub skandalı gündəmə bomba kimi düşüb.

Məsləhətçinin əri istintaqda ifadə verəcək

Ədalət Nazirliyindən verilən icazəyə əsasən, FTB Klintonun ən yaxın məsləhətçilərindən sayılan Huma Abedinin əri, Konqres üzcü Entoni Vaynerə aid bir kompüterdə tapılan 650 elektron məktubu bir-bir incələyəcək. Bu məktubların əksəriyyəti Klinton və Abedin arasında baş tutan yazışmalardır. FTB bu məktubları yeni məlumat kimi dəyərləndirib, istintaqı yenidən başlamaq qərarına gəlib.

Abedin və Vaynerə aid elektronik cihazlar, FTB-nin Vaynerin Şimali Karolinada yaşayan 15 yaşlı qıza intim məzmunlu elektron məktublar göndərdiyi iddiasından sonra başlayan istintaq zamanı ələ keçirilib. Bu yazışmalarda dövlətə aid gizli bir məlumatın olub-olmadığı yoxlanılacaq. FTB rəsmiləri istintaqın müddəti barədə heç bir məlumat verməyib.

Ələ keçən elektron məktubların bir hissəsinin Klintona aid olduğu, bu məktubların da seçki ərəfəsində vacib əhəmiyyətə malik ola biləcəyi bildirilir.

Demokratlar məsələyə reaksiya verib

Digər tərəfdən Amerika mətbuatında gedən xəbərlərə görə, FTB direktoru Komeyin oktyabr ayının ortalarında yeni elektron məktublardan xəbərdar olduğu bildirilsə də, cümə gününə qədər heç bir açıqlama vermədiyi iddia edildi. Bu iddia seçkilərə çox az vaxt qaldığı bir müddətdə FTB direkorunun açıqlama verməsi seçki nəticələrinə təsir etmək ittihamlarını da ortaya çıxardı.

Xanım Hillari isə bu addımın doğru olmadığını, Komeyin əlində olan məlumatları ən qısa müddət ərzində açıqlamaq məcburiyyətində olduğunu bildirib. Klintonun rəqibi Tramp isə FTB-nin istintaqa yenidən başlamaqda gecikdiyini bildirib.

Son anketlər

ABŞ-da Washington Post-ABC News tərəfindən həyata keçirilən anket sorğularına görə, Klintonun sağ qolu Huma Abedinin elektron məktub istintaqı "Demokratlar"ın namizədi üçün səs itkisi ilə nəticələnəcək.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!