ABŞ Qaçdığına Etiraf Etdi

Sepahın itisürətli qayıqları ABŞ-ın Destroyer-məhvedici gəmilərini geri çəkilmək məcburiyyətində qoydu – Video

  • News Code : 774371
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Amerika Dəniz Əməliyyatlarının komandiri Con Riçardson bu haqda deyib: “Sepahın qayıqları bizim verdiyimiz xəbərdarlıqlara baxmayaraq sürətlə gəmiyə yaxınlaşırdılar. Qayıqlar bizim 300 metirliyimizə çatdıqda yolumuzu sürətlə dəyişərək geriyə çəkildik.”

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ hərbi rəsmiləri bildiriblər ki, İran İslam Respublikasının 4 itisürətli kiçik hərbi qayıqları Fars Körfəzinin Hormuz boğazında ABŞ-ın Destroyer- məhvedici hərbi gəmilərinə sürətlə yaxınlaşıblar.

Cari Avqust ayının 23-də baş verən hadisə zamanı Sepahın 4 kiçik hərbi qayığı Hormuz boğazında İİR sərhədləri yaxınlığında üzmək istəyən ABŞ-a aid “USS Nitze (DDG-94)” hərbi məhvedici gəmisi üzərinə gedərək işğalçıların 200 metirliyinə qədər yaxınlaşıblar.

Amerika Dəniz Əməliyyatlarının komandiri Con Riçardson bu haqda deyib: “Sepahın qayıqları bizim verdiyimiz xəbərdarlıqlara baxmayaraq sürətlə gəmiyə yaxınlaşırdılar. Qayıqlar bizim 300 metirliyimizə çatdıqda yolumuzu sürətlə dəyişərək geriyə çəkildik.”

Xatırladaq ki, İran İslam Respublikasının Sepaha aid Sərhəd Qoşunları İİR sularına daxil olmuş ABŞ-ın iki hərbi patrol gəmisini 10 hərbiçi ilə birlikdə əsir tutmuşdur. Daha iki gün sonra əsirlər gəmilər ilə birlikdə ABŞ-a qaytarıldı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!