Amerika Xəbərləri

Donald Tramp İran İslam Respublikasının Qüdrətinə etiraf etdi

Biz iranlılara 150 milyard dollar qaytardıq və əvəzində heç nə almadıq...

  • News Code : 761976
  • Source : Sahar TV
Brief

Tramp: Bizim axmaq liderlərimizin axmaqcasına siyasətlərlə gördükləri iş nəticəsində İran özünü İraqın nəzarətini ələ almağa hazırlayır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezident seçkilərinə respublikaçı namizəd Donald Tramp iddia edib ki, nüvə anlaşması nəticəsində Amerika elə bir iş gördü ki, İran dünyanın iri neft ehtiyatlarından biri kimi İraqın nəzarətini ələ almaq üçün özünü hazırlasın.

Tramp İranın nüvə anlaşmasına toxunaraq deyib: Biz iranlılara 150 milyard dollar qaytardıq və əvəzində heç nə almadıq. Biz neçə ildən sonra deyil, bu anlaşma barədə onlarla müzakirələrə başlamazdan öncə öz məhbuslarımızı azad etməli idik.

Tramp əlavə edib: Bizim axmaq liderlərimizin axmaqcasına siyasətlərlə gördükləri iş nəticəsində İran özünü İraqın nəzarətini ələ almağa hazırlayır.

O, sonra deyib: Nüvə anlaşması spetrində iranlılar hər şeyi özlərinə aid etmək istəyirlər. İllər boyu İran və İraq bir-biri ilə müharibədə idilər, amma biz onlardan birini aradan götürdük və bilmirik ki, indi orada nə baş verəcək və siz hazırda görürsünüz ki, bu iş nəticəsində mühacirlər bizim ölkəmizə və bütün avropalı ölkələrə axışıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!