Amerika Xəbərləri

Vaşenqton “Ruhinca Müsəlmanlarının Soyqırımı” aktını inkar etdi

  • News Code : 742758
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Milyardlarla illik büdcəsinə pul xərclənən BMT kimi təşkilatlar, Fələstin Torpaqlarında işğalçı israil rejimin qurmaqdan başqa, bu günə kimi heç bir əməli addım atmamışdır. Əksinə dünyada zülmün bir az da çoxalmasına, kök salıb artmasına zəminə yaratmışdır. Myanmada buddistlərin Müsəlmanlara qarşı gördükləri Soyqırımlar qarşısında da BMT, sadəcə kağız üzərində mövcud vəziyyətdən narahat olduğunu dilə gətirmiş və başqa heç bir ciddi addım irəli atmamışdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Dünyasının ilk növbədə rəsmi düşməni olan Vaşenqton Miyanma (Birma) buddist dövləti tərəfindən 2012-ci ilin İyun ayının 10-dan başlayaraq 2013-cü ilin axırlarına kimi Ruhinca  Müsəlmanlarına qarşı qəddarcasına həyata keçirtdiyi Soyqırımı aktlarını inkar etdi.

ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Kirbi bu haqda açıqlama verərək rəsmi ABŞ-ın mövqeyini sərgilədi: “Baxmayaraq ki, (məsələ) aydındır və (azlıqda olan Ruhincalılar) əzab -əziyyətlə üzləşiblər, (amma) biz hələ də, (bu işlərin) soyqırım nümunəsi kimi tanınması haqda heç bir rəyə gəlməmişik.”

Xatırladaq ki, 2013-cü ilin aprel ayının əvvəllərində də radikal bütərəstlər, Myanmada Müsəlmanlara aid orta məktəbə hücum çəkərək, məktəbi yandırmış və nəticədə, 13 az yaşlı şagirdlər od tutub yanaraq, dünyaların dəyişmişlər.

Qeyd edək ki, rəsmi statistikaya görə, 800.000 Ruhinqalı Müsəlmanın Myanmada yaşadıqlarına baxmayaraq, bu ölkə, Müsəlmanlara kimlik vəsiqəsi və vətəndaşlıq verməkdən boyun qaçırır. Bu səbəbdən də, ölkədə əksəriyyət təşkil edən büdpərəstlər, fürsəti əldən verməyərək, Ruhinqa Müsəlmanlarına qarşı soyqırımlar təşkil edirlər.

Artıq ölkədə vəziyyət elə həddə çatıb ki, bütpərəst radikallar, vətəndaşlığı olan Müsəlmanlara da hücumlar çəkir və onlara maddi və mənəvi xəsarətlər yetirirlər.

Digər tərəfdən isə, milyardlarla illik büdcəsinə pul xərclənən BMT kimi təşkilatlar, Fələstin Torpaqlarında işğalçı israil rejimin qurmaqdan başqa, bu günə kimi heç bir əməli addım atmamışdır. Əksinə dünyada zülmün bir az da çoxalmasına, kök salıb artmasına zəminə yaratmışdır. Myanmada buddistlərin Müsəlmanlara qarşı gördükləri Soyqırımlar qarşısında da BMT, sadəcə kağız üzərində mövcud vəziyyətdən narahat olduğunu dilə gətirmiş və başqa heç bir ciddi addım irəli atmamışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!