Amerika Xəbərləri

Seçki kampaniyasında sionist İsrail-Fələstin problemini qumarbaz kimi həll edəcəyini bildirən Tramp

Planım hər iki tərəf üçün də iqtisadi effektivliyi artıracaq, məşğulluq təmin olunacaq, bunu məndən yaxşı kim edə bilər.

  • News Code : 740183
  • Source : Deyerler “Dunyabulteni”-nə istinadən
Brief

Qəzzada kazino şəbəkəsi qurmağı planlaşdırdığını deyən Tramp, bölgənin qolf meydançası, otel və kurort şəhərciyi inşası üçün münasib olduğunu deyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidentliyinə Respublikaçıların əsas namizədi Donald Tramp təbliğat səfəri zamanı Floridada etdiyi çıxışında gündəmini sionist İsrail-Fələstin probleminə həsr edib.

Tramp çıxışında sionist İsrail rejimi Fələstin arasındakı danışıqların uğursuz olacağı təqdirdə, bunun günahını sionist İsrail rejiminin üzərində olacağını deyib. "Trampın yüksəlişi dünyada bir çox insanı dəhşətə gətirib. Amma xüsusilə bir nəfər narahat olmalıdır. İsrail rejiminin baş naziri Binyamin Netanyahu", - deyə o bildirib.

Sionist İsrail rejimi-Fələstin arasında neytral bir mövqe nümayiş etdirəcəyini bəyan edən Tramp, son üç prezidentin də İsrail- Fələstin problemində İsrailin üzərinə təzyiqləri etdiyini bildirib: "Bu gün səhər sübh radələrində Netanyahu ilə danışmışam. Baxmayaraq ki, işim əsnasında mənə heç bir dəstək vermədi. O, böyük adamdır, amma mən onun mənim kampaniyama dəstək verməməsini böyük axmaqlıq hesab edirəm".

Donald Tramp sionist İsrail-Fələstin arasında artan gərginliyə "qumarxana üsullu" bir həlli yolu təklif edib. Tramp xəyal etdiyi həll yolunu belə açıqlayıb: "Bıçaq əvəzinə zərr atsınlar".

Donald Tramp sionist İsrail-Fələstin arasına divar inşa etməyin lazım olduğunu da irəli sürüb. Tikiləcək divarın sadəcə gediş-gəlişləri dayandırmaq üçün olmayacağını, divarda bir qapı açılmasını və həmin qapının inşa edəcəyi Qəzza Hotel və Kazino kompleksinə gedən yolun açılmasını təklif edib.

Qəzzada kazino şəbəkəsi qurmağı planlaşdırdığını deyən Tramp, bölgənin qolf meydançası, otel və kurort şəhərciyi inşası üçün münasib olduğunu deyib.

"İsrail-Fələstin arasındakı qarşıdurmaları sona çatdırmaq üçün bölgəyə Las-Veqası aparmaq lazımdır. Bıçaq əvəzinə zərr atmaqla başlamalıdırlar. Heç kəs rulet topu atanda ölmür", - deyə Tramp bildirib və sözlərinə bunları əlavə edib: "Xüsusilə divar, sonra kazino kompleksi inşa etmək mənim planımdır. Bu plan İsrail rejimindəki qarışıqlığı həll etməyə kömək edəcək. Əsas media "Tramp insan haqları və din adına münaqişələrin əsrdən çoxdur ki, davam etdiyi regional problemləri bir qumarxana üslubu ilə həll etdi" deyə lağ edəcəklər. Planım hər iki tərəf üçün də iqtisadi effektivliyi artıracaq, məşğulluq təmin olunacaq, bunu məndən yaxşı kim edə bilər".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib