Fələstin Xəbərləri
6 işğalçı İsrail əsgəri öldürüldü və ağır yaralandı, Qəzzada ehsan paylandı – Foto
Sionist rejim medialarının bildirdiyinə görə, iki fələstinli mübariz bçaqla israil hərbiçisinə hücum çəkərək onun silahını ələ keçirmiş və digər israilli hərbiçilərə avtomat silahdan atəş açmışlar. Daha sonr onlar İsrail hərbiçilərinin avtomobilinə minərək hadisə yerini tərk etmişər.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, yəhudilərin Fələstin torpaqlarını işğal etdikdən sonra İordan çayının Qərb sahilində cühüd qaçqınları üçün təsis etdikləri Ariel yaşayış məntəqəsində mübariz fələstinli cavanlar anti-işğalçı əməliyyat həyata keçiriblər.
Məlumata görə, əməliyyat zamanı bıçaqlı şəxs işğalçı İsrail əskərinə hücum çəkərək, onun silahını ələ keçirib. İki sionist məhv edilib, 4 sionist əskər isə yaralanıb.
Sionist rejim medialarının bildirdiyinə görə, iki fələstinli mübariz bçaqla israil hərbiçisinə hücum çəkərək onun silahını ələ keçirmiş və digər israilli hərbiçilərə avtomat silahdan atəş açmışlar. Daha sonr onlar İsrail hərbiçilərinin avtomobilinə minərək hadisə yerini tərk etmişər.
Sionist israil rejimin ordusunun sözçüsü bu haqqda açıqlama verərək deyib: "Əməliyyat zamanı 2 israil əskəri həlak olub, 4 nəfər isə yaralanıb."
Fələstinli mübarizin istifadə etdiyi avtomobili bir müddət sonra Ariel qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən Barkan yaşayış məntəqəsində aşkarlayıblar.
Bu arada, Qəzza zolağında “Həmas” fəalları insidenti İsrailə qarşı hücum, hətta “Salfit” əməliyyatı kimi qeyd edərək, küçələrdə ehsan paylayıb.
Hücumlardan sonra Fələstinin “Ceyş Əl-İslam” qruplaşmasının rəsmi nümayəndəsi Fələstin torpaqlarını işğal etmiş İsrail rejiminin ünvanına təhdidlərlə çıxış edib. O, Fələstinin azadlığı naminə belə hücumların davamlı olacağını bəyan edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır