Atası, Allahın Təalanın yer üzündə təyin etdiyi 7-ci Xəlifəsi həzrət İmam Musayi-Kazımdır (əleyhi səlam). Xanım Fatiməi Məsumə (səlamullahi əleyha) hicri-qəməri tarixi ilə 201-ci il rəbiüs-sani ayının 10-ü dövrün qəsibkar hakimi Məmunun (əleyhi lənə) göndərdiyi quldurlar tərəfindən Savə çöllüyündə zəhərləndirilərək 17 gün sonra Qum şəhərində yerləşən “Beytun Nur” adlı məkanda dünyasını dəyişib.

18 dekabr 2018 - 15:40

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Elmi Mərkəzi olan Qum şəhərində ötən gecə həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) Şəhid olmasının ildönümü qeyd edilib.

Atası, Allahın Təalanın yer üzündə təyin etdiyi 7-ci Xəlifəsi həzrət İmam Musayi-Kazımdır (əleyhi səlam). Xanım Fatiməi Məsumə (səlamullahi əleyha) hicri-qəməri tarixi ilə 201-ci il rəbiüs-sani ayının 10-ü dövrün qəsibkar hakimi Məmunun (əleyhi lənə) göndərdiyi quldurlar tərəfindən Savə çöllüyündə zəhərləndirilərək 17 gün sonra Qum şəhərində yerləşən “Beytun Nur” adlı məkanda dünyasını dəyişib.

Həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) Şəhadətinin ildönümü münasibətilə Qum şəhərində həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) pak hərəmində matəm məclisləri keçirilib.

Müqəddəs hərəmin İmam Xomeyni (rəhmətullahi əleyha) adına səhndə keçirilən əzadarlıq mərasimində Höccətül İslam vəl Müslimin Seyyid Həsən Mömini çıxış ediblər. Daha sonra Əhli Beyt məddahı Seyyid Rza Nəriman rözə deyib mərsiyyələr oxuyaraq əzadarları matəmə qərq edibdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır