Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi rejiminin ali məhkəməsi ölkənin dünyaşöhrətli Şiə Ruhanisi, Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınaraq ölkədən ixrac edilməsi haqda qərar qəbul edilməsi üçün təşkil etdiyi qondarma məhkəmə prosesi günü ölkənin müxtəlif şəhər və qəsəbələrində etiraz dalğaları gücləndirilib.

14 mart 2017 - 10:14

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi rejiminin ali məhkəməsi ölkənin dünyaşöhrətli Şiə Ruhanisi, Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınaraq ölkədən ixrac edilməsi haqda qərar qəbul edilməsi üçün təşkil etdiyi qondarma məhkəmə prosesi günü ölkənin müxtəlif şəhər və qəsəbələrində etiraz dalğaları gücləndirilib.

Belə ki, qanunsuz rejim ilə Xalq kütlələri arasında insidentlər yaşanıb. Ümumi vəziyyətin daha da ağırlaşdığını görən vəhhabi rejimi Şeyx İsa Qasim həzrətləri barədə qərarın verəcəyi vaxtını 7 may tarixinə saxlayıb.

Qeyd edək ki, hazırda 5 gündür ki, Bəhreynin bütün şəhər və qəsəbələrində polis, hərbi və təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətizdirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır