Şəhid Abdullah əl Əcuzun valideynləri övladının necə Şəhid edilməsi haqda danışaraq belə deyib: “Ötən gün səhər radələrində üzü bağlı bir neçə şəxs mülki geyimdə polis məmurları ilə birlikdə Nuveydirat məntəqəsində yaşayan ailələrin mənzillərinə qanunsuz yürüş edərək odlu silahlardan atəş açmağa başladılar. Oğlum Abdullah isə onlar tərəfindən həbs edildikdən sonra baş və sinə nahiyyəsindən polis məmurları tərəfindən aldığı odlu silah yaralarından sonra Şəhid edilib.”

25 fevral 2017 - 17:03

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əl Diraz şəhər sakinləri ölkəyə qanunsuz yollarla hakim kəsilmiş Xəlifə sülaləsinə qarşı etiraz aksiyalarına davam edirlər.

Etirazçılar aksiya zamanı son günlər mənfur vəhhabi rejimi tərəfindən vəhşicəsinə Şəhid edilən 21 yaşlı Əbdullah əl Əcuzun yolu ilə getdiklərini vurğulayıblar.

Qeyd edək ki, Bəhreynə qanunsuz hakim kəsilmiş vəhhabi rejimin güc strukturları Abdullah əl Əcuzu 20 Fevral tarixində Şəhid ediblər.

Şəhid Abdullah əl Əcuzun valideynləri övladının necə Şəhid edilməsi haqda danışaraq belə deyib: “Ötən gün səhər radələrində üzü bağlı bir neçə şəxs mülki geyimdə polis məmurları ilə birlikdə Nuveydirat məntəqəsində yaşayan ailələrin mənzillərinə qanunsuz yürüş edərək odlu silahlardan atəş açmağa başladılar. Oğlum Abdullah isə onlar tərəfindən həbs edildikdən sonra baş və sinə nahiyyəsindən polis məmurları tərəfindən aldığı odlu silah yaralarından sonra Şəhid edilib.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır