Dünya Xalqları Arasında Mərhəmətli Peyğəmbər (s) Üçün Keçirilən Milad Bayramı
Bakıda “Biz səni görmədən sevdik Ya Rəsuləlalah” adlı flaşmob keçirilib
Flaşmob Azərbaycan İslam Partiyasının Gənclər Təşkilatı və İslamınSesi İnformasiya Portalı əməkdaşlarının birgə təşəbbüsü ilə hazırlanıb.
18 dekabr 2016 - 12:54
Xəbər kodu: 799058
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, paytaxt Bakıda əziz İslam peyğəmbəri Həzrəti Muhəmməd (s) və müsəlmanların 6-cı imamı Həzrəti İmam Sadiq (ə) mövlud günü münasibəti ilə flaşmob keçirilib. Flaşmob Azərbaycan İslam Partiyasının Gənclər Təşkilatı və İslamınSesi İnformasiya Portalı əməkdaşlarının birgə təşəbbüsü ilə hazırlanıb. Flaşmob zamanı Bakı sakinlərinə gül və hədiyyələr təqdim edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır