Dünya Xalqları Arasında Mərhəmətli Peyğəmbər (s) Üçün Keçirilən Milad Bayramı
Rustavidə "Vəhdət həftəsi" tədbiri keçirilib - Foto
Qurani Kərimin tilavəti ilə açılan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təbrik və salamlaırnı çatdırdıqdan sonra İslam Peyğəmbərinin ümməti hesab olunan müsəlmanların vəzifələrindən, bu gün dünyada müsəlmanların vəziyyətindən, ümmətin üzərinə düşən məsuliyyətlərdən danışıb…
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Gürcüstanın Rustavi şəhərində Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu, İmam Cəfər Sadiqin (ə) doğum günü və Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib.
Qurani Kərimin tilavəti ilə açılan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təbrik və salamlaırnı çatdırdıqdan sonra İslam Peyğəmbərinin ümməti hesab olunan müsəlmanların vəzifələrindən, bu gün dünyada müsəlmanların vəziyyətindən, ümmətin üzərinə düşən məsuliyyətlərdən danışıb…
Daha sonra BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Türkiyə səfirliyinin din müşaviri Hacı Nəbi Gümüş və Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare, İran İslam Respublikası səfirlik rəsmisi Müctəba Kamranfərd və başqaları çıxış ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır