Ərbəin mərasimində İran İslam Respublikası universitetlərindən olan mömün tələbələr Şəhidlər Ağası İmam Hüseynə (əəleyhi səlam) və onun vəfalı səhabələrinə böyük şövqlə göz yaşları axıdıblar.

20 noyabr 2016 - 14:47

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər İslam İnqilabının Banisi, mərhum İmam Xomeyni (Allahın Ridvanı ona olsun) adına hüseyniyyədə Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei cənablarının iştirakı ilə Kərbəla Şəhidlərinə əza mərasimi təşkil edilib.

Ərbəin mərasimində İran İslam Respublikası universitetlərindən olan mömün tələbələr Şəhidlər Ağası İmam Hüseynə (əəleyhi səlam) və onun vəfalı səhabələrinə böyük şövqlə göz yaşları axıdıblar. Mərasimdə həmçinin İran İslam Respublikasının yüksək rütbəli dövlət məmurları da iştirak edib. Mərasimdə çıxış üçün söz isə, Höccətül İslam vəl Müslimin Pənahiyan ağaya verilib. Sonda zöhr və əsr namazları Ümüdünya Müsəlmanlarının Ali Lideri həzrət Seyyid Əli Hüseyni, İmam Xameneinin başçılığı ilə, qılınıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags