Daha sonra İran İslam Respublikasından təşrif buyurmuş Mərənd şəhərinin möhtərəm İmam Cüməsi Məhəmməd Xədiri çıxış edərək Ərbəin ziyarətindən fəzilətindən danışaraq buyurb: “Möminin beş əlamətindən biridə İmam Hüseyn (əleyhi səlam) ziyarət etməkdi... İmam Hüseyn (əleyhi səlam) hər kəs öz yaşadığı yerdən ziyarət edə bilər...”
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Gürcüstan Əhli-beyt (əleyhimus-səlam) Cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (əleyhimus-səlam) Aşiqlər Forumu" və "Zeynəb (səlamullahi əleyha)" Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin ərbəin (qırx) mərasimi keçirilib.
Kərbəlayi Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutan mərasimi Məşhədi Fuadın Qurani-Kərim tilavəti ilə açıq elan olunub. Daha sonra İran İslam Respublikasından təşrif buyurmuş Mərənd şəhərinin möhtərəm İmam Cüməsi Məhəmməd Xədiri çıxış edərək Ərbəin ziyarətindən fəzilətindən danışaraq buyurb: “Möminin beş əlamətindən biridə İmam Hüseyn (əleyhi səlam) ziyarət etməkdi... İmam Hüseyn (əleyhi səlam) hər kəs öz yaşadığı yerdən ziyarət edə bilər...”
Məclisin davamında İran İslam Respublikasının Zəncan şəhərindən təşrif gətirmiş tanınmış Əhli-beyt (əleyhimus-səlam) məddahı Əli Kərəmi İmam Hüseyn (əleyhi səlam) şəninə rövzə və mərsiyyələr oxuyub. Məclis "Fərəc" duasının oxunması ilə başa çatdıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır