İraq ordusunun general-mayoru Nadjim al-Caburi hücum haqda açıqlama verərək bildirib: “Hamam al-Alil Mosul qarşısındakı son şəhərdir. Terrorçuların sayı 70-dən çox deyil, onlar gizlənməyə belə yer tapmırlar, sadəcə olaraq istiqamət dəyişərək izi itirməyə çalışırlar.

6 noyabr 2016 - 20:19

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ordusu və Könüllü Xalq Dəstələrindən ibarət Haşdu Şəb hərbçiləri ABŞ, Qərb dünyası, işğalçı sionist rejim, Türkiyə və Səudiyyə Ərəbistan rejimi tərəfindən dəstəklənən sələfi terrorçuların Mosuldan 15 km aralıda yerləşən Hamam al-Alil şəhərindəki mövqelərini darmadağın ediblər.

Üç istiqamətdən qurulmuş hücumlarda yerüstü əməliyyatları vertolyotlar dəstəkləyib.

İraq ordusunun general-mayoru Nadjim al-Caburi hücum haqda açıqlama verərək bildirib: “Hamam al-Alil Mosul qarşısındakı son şəhərdir. Terrorçuların sayı 70-dən çox deyil, onlar gizlənməyə belə yer tapmırlar, sadəcə olaraq istiqamət dəyişərək izi itirməyə çalışırlar...”

Məlumata görə, İraq Bayrağı artıq 06 Noyabr 2016 tarixdə yerli vaxtla 13:00-da Hamam al-Alil şəhərinin binaları üzərində sancılaraq İraq Ordusu tərəfindən dalğalandırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags