Xatırladaq ki, 13 Aban, 3 noyabr İran İslam Respublikasında Beynəlxalq İmperializm ilə Milli Mübarizə Günüdür. 37 il öncə məhz belə bir gündə iİranlı tələbələr Amerikanın İslam İnqilabına qarşı çoxlu məkrli planlarına etiraz olaraq Amerikanın Tehrandakı casusluq yuvasını (səfirliyi) ələ keçiriblər.

3 noyabr 2016 - 11:31

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hər il olduğu kimi bu il də, İran İslam Respublikasında Amerika və sionist rejimin bayraqları Beynəlxalq İmperizlizm ilə Milli Mübarizə Günündə yandırılıb.

Məlumatımıza görə, 13 Aban Günü münasibəti ilə bu gün səhər İİR-ın müxtəlif şəhərlərində keçirilən yürüşlərlə eyni vaxtda Müqəddəs Qum şəhərində də, keçirilib.

13 Aban günü yürüşünün iştirakçıları "ABŞ-a ölüm!" və "İsrailə ölüm!" şüarlarını səsləndirərək istənilən zülm və sitəmə nifrətlərini bəyan ediblər. ABŞ-ın Tehrandakı sabiq səfirliyi (casusluq yuvası) qarşısında ABŞ və sionist rejimin bayraqlarını yandırıblar.

Xatırladaq ki, 13 Aban, 3 noyabr İran İslam Respublikasında Beynəlxalq İmperializm ilə Milli Mübarizə Günüdür. 37 il öncə məhz belə bir gündə iİranlı tələbələr Amerikanın İslam İnqilabına qarşı çoxlu məkrli planlarına etiraz olaraq Amerikanın Tehrandakı casusluq yuvasını (səfirliyi) ələ keçiriblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags