İnqilab gözətçilərinin intihar etmə qabiliyyətinə malik olan sistemi sərgiləndi.

26 oktyabr 2016 - 09:27

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran İslam İnqilabı Gözətçilərinin Dəniz qüvvələri son zamanlarda kəşf-döyüş xüsusiyyəti olan yeni model sistem hazırlayıb. 
Bu sistem kəşf modellərinə və modern texnologiyaya sahib olduğu halda, gecə və gündüz fikirli, hərbi kameralarla təchiz və eyni zamanda rütubətli dəniz mühitində də uçaraq əməliyyatlar keçirə bilir.

Bu sistem, təxminən 4 saat havada qala bilir və 1000 km uzaqlıqda əməliyyat edə bilir. Bu sistemi əhəmiyyətli xüsusiyyətlərindən biri, dəniz səthinə yarım metr aşağı enərək uca bilməsidir və həmçinin 3000 metr yüksəklikə qalxaraq vəzifəsini icra edə bilir.

Inqilab gözətçiləri dəniz gücünün bu yeni silahı, saatda 250 km sürətə çıxa bilir və suya enə bilir.

Bu sistemin raket daşıma qabiliyyəti yoxdur, amma hərbi ölçüdə partlama gücü yüksək olan partlayıcı daşıyaraq intihar hücumu təşkil edə bilər; belə ki su səthinə yaxınlaşaraq özünü hədəfə çatdıra və yüksək sürətdə özünü bir gəmiyə və ya quruda bir hərbi mərkəzə vurub oranı havaya uçura bilər.

İntihar hücumu etməyi bacaran "Ya Mehdi" sürət qayığlarından sonra bu inqilab gözətçilərinin ikinci intihar hücumu qabiliyyətinə sahib hərbi vasitəsidir.

                                                                          ABNA24.com