ABŞ təyyarələrinin hücumunda, 20 qadın şəhid oldu.
ABŞ '' İmam Hüseyn(ə) Matəm Məclisini bombaladı, 70 Şəhid və Yaralı / Foto
Bombardmanda İraqlı 20 şiə qadın şəhid oldu, 50 nəfər yaralanıb, yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının arta biləcəyi istisna edilmir. .
Əhlibeyt (ə) Xəbər Agentliyi abna - İraqın Kərkük əyalətində İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün təşkil edilən matəm məclisi, ABŞ liderliyində ki koalisiya təyyarələrinin bombardmanına uğradı, 20 qadın şəhid oldu.
Tekfirci terror təşkilatı olan İŞİD-lə mübarizə bəhanəsiylə ABŞ liderliyində qurulan koalisiyaya aid döyüş təyyarələri, İraqda bir yeni cinayətə daha imza atdı.
Koalisiya təyyarələri, Kərkükün cənubunda yerləşən '' Dakuk '' bölgəsində matəm məclisini bombaladı.
Əlimizə çatan xəbərlərə görə; tekfirci terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar davam edir.



ABNA24.COM