Məlumata görə, sionist rejim hərbi qüvvələri Həzrəti Saleh (əleyhi səlam) peyğəmbər adına şəhərə basqın edərək, yəhudi mikrorayonlarının salınmasına və Fələstin torpaqlarını bir birindən ayıran hündür beton divarların tikintisinə etiraz edən Fələstinlilərə qarşı vəhşicəsinə rəftar ediblər.

14 mart 2015 - 19:17

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb Rusiya və s. ölkələrdən gələrək Fələstin torpaqlarını işğal etmiş yəhudilər Fələstin xalqına zülm etməkdə davam edir.

Belə ki, qanunsuz israil rejiminin Fələstin torpaqlarnda avropalı cühüdlər üçün yəhudi mikrorayonları salmaqları yerli xalqın etirazlarına səbəb olub.

Məlumata görə, sionist rejim hərbi qüvvələri Həzrəti Saleh (əleyhi səlam) peyğəmbər adına şəhərə basqın edərək, yəhudi mikrorayonlarının salınmasına və Fələstin torpaqlarını bir birindən ayıran hündür beton divarların tikintisinə etiraz edən Fələstinlilərə qarşı vəhşicəsinə rəftar ediblər.

Azğın yəhudi ünsürləri Fələstin sakinlərinə qarşı zəhərli gözyaşardıcı qazlardan, odlu silahlardan istifadə edərək qadın və qoca tanımadan sülhamiz etirazçıları yerlə sürükləyib döyə döyə hərbi maşınlara salaraq naməluma istiqamətlərə aparıblar.

Yəhudi hücumları nəticəsində Fələstinli etirazçılar arasında ayaq, bel və baş nahiyyələrindən mütəlif dərəcəli bədən xəsarətləri alaraq yaralananlar qeydə alınıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags