Videoçarxda da, vəhhabilərin dağıtdıqlarının əksəriyyəti tarixi əsərlər deyil əslində suvaq heykəllərdir. Movsul muzeyində cəmi iki tarixi əsər sələfilər tərəfindən dağıdılıb- deyə Əsil Əl Nuceyfi bildirib.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Neynəva əyalətinin Valisi Əsil Əl Nuceyfi təkfirçi ünsürlərin Mosul tarixi muzeyi ilə bağlı yayımladıqları videonun doğru olmadığını vurğulayıb.
Əl Nuceyfi bildirib ki, bu günlərdə sələfi vandlları videoçarx yayımlayaraq Mosul muzeyindəki tarixi əsərləri necə viran etdiklərini nümayiş etdiriblər. Lakin qeyd etməliyik ki, onlar bərk yanılıblar. Mosulun tarix muzeyində heç bir əsər dağıdılmayıb.
O, daha sonra qeyd edib ki, 2003-cü ildən öncə Mosul muzeyindəki bir çox tarixi əsərlər Bağdad Milli Muzeyinə təhvil verilmişdir. Tarixi əsərlərin yerinə isə, onların oxşarı olan suvaq heykəllər qoyulmuşdur.
Videoçarxda da, vəhhabilərin dağıtdıqlarının əksəriyyəti tarixi əsərlər deyil əslində suvaq heykəllərdir. Movsul muzeyində cəmi iki tarixi əsər sələfilər tərəfindən dağıdılıb- deyə Əsil Əl Nuceyfi bildirib.
Aşağıda müşahidə edəcəyiniz şəkillərdə görsənən əsərlər İraq dövlətinin tarixi əsərləridir ki, 2000, 2003, 2004, 2005, 2006, 2009, 2011 və 2014-cü ildə Bağdad Milli Muzeyində qeydə alınmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır