Pakistan prezidenti Məmnun Huseyn və bu ölkənin Baş Naziri Muhəmməd Nəvaz Şərif ayrı ayrılığda terror hadisəsini məhkum edərək Şəhid ailələrinə və yaralılarla bağlı təsliyyət bəyanatı yayımlayıblar. Prezident və Baş Nazir həmçinin bildiriblər: “Ölkə Təhlükəsizlik Qüvvələrindən hadisə ilə bağlı ciddi araşdırmaların başlanmasını və cinayət hadisəsini törədən şəxsləri yaxalayaraq barələrində ən sərt hökümlərin icra olunmasını tələb edirik”.

31 yanvar 2015 - 20:47

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb, sionist rejimi və Ərəbistanın dəstəki ilə əmələ gələn sələfiəqidəli “Cundullah” terror təşkilatı Pakistanda növbəi Şiə qırğının həyata keçirib. Belə ki, Pakistanın Şekarpur şəhərinin Lakhi məntəqəsindəki Kərbəla adına hüseyniyyədə partlayıcı maddələr yerləşdirən sələfi adnormalları 110 Şiəni qanına qəltan ediblər.

Sonuncu məlumatlara görə, yaraqlılar 61 Şiəni Şəhid etmiş 59 Şiəni isə müxtəlif dərəcəliu bədən xəsarətləri ilə yaralamışlar.

Pakistan prezidenti Məmnun Huseyn və bu ölkənin Baş Naziri Muhəmməd Nəvaz Şərif ayrı ayrılığda terror hadisəsini məhkum edərək Şəhid ailələrinə və yaralılarla bağlı təsliyyət bəyanatı yayımlayıblar.

Prezident və Baş Nazir həmçinin bildiriblər: “Ölkə Təhlükəsizlik Qüvvələrindən hadisə ilə bağlı ciddi araşdırmaların başlanmasını və cinayət hadisəsini törədən şəxsləri yaxalayaraq barələrində ən sərt hökümlərin icra olunmasını tələb edirik”.

Qeyd edək ki, Pakistanın Şiə əqidəli “Müsəlmanların Vəhdət Məclisi” adlı Partiyası hadisə ilə bağlı ölkədə üç gün matəm elan edib.

Diqqət: 18 yaşdan aşağı və qəlbi xəstə insanlara aşağıda qeyd olunan şəkillərə baxılmaması tövsiyə olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər