Mərhum Şeyx Yəhya Ənsari Şirazinin mübarək cəsədi ötən gün, Qum şəhərinin İmam Həsən Əskəri (əleyhi səlam) həzrətlərinin göstərişi ilə tikilən Məsciddən başlayaraq həzrəti Məsumə (səlamullahi əleyha) xanımın hərəminə kimi ümum ruhanilər, tələbələr, şəhər camaatı, polis işçiləri və s. orqanların əməkdaşları tərəfindən təşyi olunub.

6 yanvar 2015 - 06:13

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranİslam Respublikası Qum Elm Hövzəsinin böyük fəlsəfə, irfan və fiqh ustadlarından olan Ayətullah Şeyx Yəhya Ənsari Şirazi ötən 04, 01, 2015 tarixdə yaşadığı Müqəddəs Qum şəhərində 87 yaşında fani dünyanı dəyişərək Allahın (cəllə cəlaluh) rəhmətinə qovuşub.

Tanınmış ruhani alim Ayətullah Hacı Şeyx Yəhya Ənsarinin ölümü ilə əlaqədar Qum Elmi Hövzəsi, və Ali Təqlid Mərcələri başsağlığı verib.

Mərhum Şeyx Yəhya Ənsari Şirazinin mübarək cəsədi ötən gün, Qum şəhərinin İmam Həsən Əskəri (əleyhi səlam) həzrətlərinin göstərişi ilə tikilən Məsciddən başlayaraq həzrəti Məsumə (səlamullahi əleyha) xanımın hərəminə kimi ümum ruhanilər, tələbələr, şəhər camaatı, polis işçiləri və s. orqanların əməkdaşları tərəfindən təşyi olunub.

Mərhuma namazı Ali təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi cənabları qılıb. Mərhum Şeyx Ənsari Şirazi Xanım Fatiməyi Məsumənin (səlamullahi əleyha) hərəmində torpağa bastırılıb.

 

Alimin həyatına qısa bir baxış:

Şeyx Yəhya Ənsari Şirazi şəmsi 1306-cı, miladi 1917-ci ildə İranın Fars əyalətinin, Darab rayonunun Nəvayqan kəndində dünyaya gəlib. Alimin şərəfli nəslinin böyük İslam Peyğəmbəri həzrəti Muhəmməd ibn Abdullahın (səlləllahu əleyhi və alih) səhabəsi Cabir ibn Abdullah Ənsariyə (rizvanullahi təala əleyh) bağlılığı var.

Qum Elm Hövzəsinin bəzi ustadları onun fəlsəfə elmində məharətlərini nəzərə alaraq onu Şeyxul-İşraq adlandırıblar.

Ayətullah Ənsari Şirazi 30 il Əllamə Təbatəbaidən ümumi və xüsusi dərs alıb. Şeyxul-İşraq İmam Xomeyninin (rəhmətullahi əleyh) etimad göstərdiyi tələbələrdən idi.

Ayətullah Ənsarinin əsərləri arasında 4 cildlik Şərhi Mənzumə əsərinin xüsusi yeri var. Bu kitabın iki cildi onun dərsləri əsasında hazırlanmışdır.

Ayətullah Ənsarinin bioqrafiyasında zalım şah rejimi ilə mübarizə, SAVAK həbsxanalarında məhbusluq həyatı da var. O, İslam İnqilabından öncə 3 il Loristan və İsfahanın Nain məntəqəsində sürgündə olub.

Bu böyük ustad şəmsi 1342-ci ildə İmam Xomeyninin (r) mərceiyyətini təsdiq edən 12 nəfərdən biridir. Bu hadisə Ayətullah-üzma Bürucerdinin vəfatından sonra baş verib. Şəmsi 1390-cı ildə Cənab Rəhbər Ayətullah Xamenei Ayətullah Ənsari Şiraziyə baş çəkib, ona dürr üzük bağışlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags