Türkiyə Prezidenti Abdullah Gülün cənablarının rəsmi dəvəti ilə Türkiyəyə yollanan İran İslam Respublikasının Prezidentini bu səfərdə siyasi, iqtisadi və mədəni sahələri əhatə edən yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib.

9 iyun 2014 - 13:14

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 09 iyun, 2014 tarixdə İran İslam Respublikasının Prezidenti Höccətül İslam Doktor Həsən Ruhani Türkiyə dövlətinin rəsi dəvəti ilə Ankaraya yola düşüb.

Türkiyə Prezidenti Abdullah Gülün cənablarının rəsmi dəvəti ilə Türkiyəyə yollanan İran İslam Respublikasının Prezidentini bu səfərdə siyasi, iqtisadi və mədəni sahələri əhatə edən yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib.

Ankara Hava Limanınan daxil olan Doktor Həsən Ruhan cənablarını Türkiyə İnkişaf Naziri, Türkiyə Xarici İşlər Nazirinin müavini, Ankara əyalətinin Valisi və Bələdiyyə sədri qarşılayıblar.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər