Bayramda Azərbaycan Respublikası, Afrika Qitəsi, Asiya ölkələri və. s. ölkələrdən İran İslam Respublikasında Ali Dini Təhsil alan tələbələrin uşaqları iştirak ediblər.

27 aprel 2014 - 21:05

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Beynəlxaq əl-Mustəfa (səlləlahu əleyhi və alih) adına Dini Akademiyanın təşəbbüsü ilə həzrəti Məsumənin (səlamullahi əleyha) hərəmində Akademiyada təhsil alan xarici tələbələrin qız uşaqlarının həddi buluq (9) yaşına çatmaqları münasibəti ilə Təklif Bayramı keçirilib.

Bayramda Azərbaycan Respublikası, Afrika Qitəsi, Asiya ölkələri və. s. ölkələrdən İran İslam Respublikasında Ali Dini Təhsil alan tələbələrin uşaqları iştirak ediblər.

Mərasimdə qız uşaqlarına hədiyyə ünvanında ağ güllü çadralar verilmiş və ictimaiyyətə yeni qədəm qoymaqları münasibəti ilə onları təbrik etmişlər.

Qeyd edək ki, İslam Dini insanın ömürünə xüsusi diqqət yetirdiyi üzündən onun İlahi Qanunlar qarşısında vəzifə daşıması üçün müəyyən bir dövr qərar verib. Qız uşaqları 9, oğlan uşaqlarının isə 15 yaşa çatdıqda artıq özlərini islah etməkləri, fərdi, ailə və ictimai fəaliyyətlərdə dürüst olamqlarına xatir ibadət və əxlaq kodekslərinə əməl etməkləri vacib sayılır.

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags