Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ğədir xütbəsində Peyğəmbər-i Əkrəm (s) Həşr surəsinin 18-ci ayəsinə işarə edərək, İslam ümmətini Əmirəl-möminin Əlinin (ə) vilayətinə müxalifətçilik etməyə qarşı xəbərdar edib və bu işi axirətdə ziyana uğramaq və sirat körpüsündən sürüşməsinə səbəb kimi göstərib. Sonra Zümər surəsinin 56-cı ayəsinə istinad edərək, İmam Əlini (ə) "Cənbullah" (Allahın yaxını) adlandırıb. Vilayətə və ona itaətə qarşı laqeydliyin nəticəsi kimi isə Qiyamət gününün həsrətini təqdim etdi.
Sizin rəyiniz