Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsfərayin şəhərində yerləşən tarixi “Bəlqis” qalası, Bam qalasından sonra İranın ikinci ən böyük çiy kərpic və palçıqdan tikilmiş abidəsi hesab olunur. Onun tarixi Sasani dövrünə və İslamın ilkin mərhələlərinə qədər uzanır və Şimali Xorasanın ən mühüm arxeoloji abidələrindən biridir. Bu abidə 2001-ci ildə 4497 nömrə ilə ölkənin milli irs siyahısına daxil edilib. Tarixi əhəmiyyəti və zənginliyi nəzərə alınaraq, 2009-cu ildə rəsmi mədəni irs bazası kimi təsdiqlənmiş və burada tədqiqat, bərpa və arxeoloji işlərə başlanılıb. Bəlqis qalası İsfərayin şəhərinin cənub-qərbində, təxminən 3 kilometr məsafədə yerləşir.
Sizin rəyiniz