Seyyid Həsən Nəsrullahın məzarını ziyarət edən Əraqçi: İran Livanın ərazi bütövlüyünü və milli birliyini dəstəkləyir
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livana səfər etmiş İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Seyyid Əbbas Əraqçi, Livan Hizbullah Hərəkatının mərhum sabiq baş katibi şəhid Seyid Həsən Nəsrullahın məzarını ziyarət edərək ona və Müqavimət Oxunun digər şəhidlərinə ehtiramını bildirib.
Əraqçi şəhid Seyid Həsən Nəsrullahın məzarında bildirib: “İran İslam Respublikası hökuməti və bütün İran xalqı adından haqq və ədalət yolunda mübarizə aparan, müqavimət göstərən və öz qanı ilə bu müqəddəs yolu sulayan, uğurun yolunu açan bütün döyüşçülərə salam və ehtiramımı çatdırıram.
İran İslam Respublikası həmişə Livanın müstəqilliyini, milli birliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək, həmçinin xüsusilə Livanda işğal altında olan ərazilər daxil olmaqla, sionist rejiminin işğalına son qoyulmasını tələb edir.”
Foto: Həmid Abidi
Sizin rəyiniz